Millinin baş məşqçisi: “Məqsəd Azərbaycanın adını dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır
Icma.az bildirir, Report.az portalına istinadən.
Məqsəd digər yığmalarla bərabər səviyyədə mübarizə aparmaq, Azərbaycanın adını Avropa və dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır.
Bunu “Report”a açıqlamasında Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisinin baş məşqçisi Atvars Vilde deyib.
Mütəxəssis iştirak etdikləri Latviya açıq çempionatı və fevralın 23-nə qədər keçirəcəkləri təlim-məşq toplanışı barədə danışıb:
“Düşünürəm ki, yaxşı komandamız var. Bu oyunçularla işlədiyim üçün xoşbəxtəm. Hər biri gənc, həvəsli və güclüdürlər. Fikrimcə, bu komanda Azərbaycanın çimərlik voleybolunda çox yaxşı nümunə olacaq. Ümid edirəm ki, bizə daha çox gənclər qoşulacaq və Azərbaycan millisini gücləndirəcəklər. Hazırda komanda başlanğıc mərhələsindədir. Öz oyun üslubumuzu yaratmağa çalışırıq. Yolumuz uzundur, amma əsas olan başlanğıcdır”.
Latviyalı məşqçi qarşıdan gələn Avropa çempionatına çox yaxşı hazırlaşmalı olduqlarını deyib:
“Sentyabrda aşağı yaş qruplarından ibarət komandalar arasında Avropa çempionatı keçiriləcək. Digər turnirlər kimi, bu yarışa da ciddi hazırlaşmalıyıq. Məqsəd digər yığmalarla bərabər səviyyədə mübarizə aparmaq, Azərbaycanın adını Avropa və dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır”.
O, təlim-məşq toplanışının düşündüklərindən də yaxşı keçdiyini vurğulayıb:
“Azərbaycan millisinin baş məşqçisi kimi Latviyada təlim-məşq toplanışında olduğum üçün məmnunam. Burada hər kəs özünü göstərməyə çalışır və hələlik yaxşı irəliləyirik. Bununla yanaşı, turnirlərdə iştirak edirik və müxtəlif yaş qrupundan ibarət komandalarla yoxlama oyunları keçirərək təcrübə qazanırıq. Estoniya və Litvadan olan komandalarla da qarşılaşırıq. Toplanış düşündüyümdən də yaxşı keçir. Ümid edirəm ki, bu komandalardan bəziləri bir gün təlim-məşq toplanışı üçün Bakıya gələcək. Uşaqların indiyəqədərki inkişafından məmnunam. Qarşıda görüləcək çox işimiz var”.
Qeyd edək ki, Azərbaycan millisi Latviya açıq çempionatında mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü yarışın gümüş medallarına sahib çıxıb. Məhəmməd Aslanlı - İbrahim Məmmədov dueti isə dördüncü yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















