Milll komandanın yeni baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçib
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, bugünlərdə Qazaxıstanın futbol üzrə milli komandasının baş məşqçi vəzifəsində dəyişiklik olub. 44 yaşlı Əli Əliyev millinin baş məşqçisi vəzifəsini icra edəcək. O, bu vəzifədə rusiyalı Stanislav Çerçesovu əvəz edib.
Qazaxıstanlı mütəxəssis müxtəlif vaxtlarda ölkəsinin “Kızıljar”, “Şaxtyor”, “Astana” (gənclər), “Jenis” komandalarında işləyib.
QOL.az qaynarinfo saytına istinadən xəbər verir ki, Ə.Əliyevlə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında bağlılıq var.

Əli Əliyev "Azərsun Arena"da
Əliyev UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə "Qarabağ”ın düşərgəsində olub, Qurban Qurbanovun yanında təcrübə də keçib. O, "Olimpik Marsel”lə Bakıda keçirilən oyunu (2022-ci il, fevral) da canlı izləmişdi. Həmin qarşılaşmada isə Qurban Qurbanov bütün dünyaya "fair-play” nümunəsi göstərmişdi.
Əli Əliyev həmin vaxt "Qarabağ”a yaratdığı şəraitə görə təşəkkür etmiş, Bakıda gördüklərindən çox razı qaldığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















