Icma.az
close
up
RU
Min doqquz yüz altmış doqquzuncu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb ŞƏRH

Min doqquz yüz altmış doqquzuncu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 iyul, AZƏRTAC

Bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 56-cı ildönümünü qeyd edirik. Bu tarixi hadisə ölkəmizin müstəqillik tarixində və dövlətçilik ənənələrinin bərpasında dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın intibah və yüksəliş dövrünün başlanğıcını təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın sosial-iqtisadi inkişafında, milli özünüdərkində dönüş yaradıb:“Ümummilli Lider mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın perspektiv yolunu müəyyən etdi, milli kadrların formalaşmasına xüsusi önəm verdi, elmin, təhsilin və mədəniyyətin inkişafına təkan verdi. 1969–1982-ci illərdə Ulu Öndər Azərbaycanın iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında böyük irəliləyişlərə nail oldu. Dahi şəxsiyyətin təşəbbüsü ilə Azərbaycanın neft sənayesi, maşınqayırma, kimya və digər sahələri inkişaf etdirildi. Sosial infrastrukturun genişləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin yaradılması dövlət siyasətinin prioritetləri oldu”.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli mədəniyyət və dilin qorunmasına xüsusi diqqət ayrılıb:“Ümummilli Lider Azərbaycan xalqının tarixini, adət-ənənələrini, mədəni irsini qoruyub saxlamaqla yanaşı, yeni nəsillərə ötürülməsi işini dövlət siyasətinin əsasına daxil etdi. Bu isə milli qürur və həmrəyliyin artmasına səbəb oldu. Ulu Öndər milli kadrların hazırlanmasına böyük önəm verdi. Onun təşəbbüsü ilə Azərbaycan gəncləri keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil aldı, bu gənclər sonradan müstəqil Azərbaycanın quruculuğunda önəmli rol oynadılar. Bu, Azərbaycanın gələcək inkişafının ən möhkəm təməl daşı oldu”.

Səbinə Salmanova bildirib ki, 1969-cu il iyulun 14-də başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb:“Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadi və milli mədəni yüksəliş dövrünə qədəm qoydu. Bu gün biz 14 iyul tarixini müstəqilliyimizin başlanğıcı kimi qəbul edir və qeyd edirik. Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində ölkəmiz bu gün müasir, dinamik inkişaf edir, regionda söz sahibidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin strateji xəttinin layiqli davamı və daha da möhkəmləndirilməsidir. Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, qlobal layihələrdə fəal iştirak Prezident İlham Əliyevin siyasətinin prioritetlərindədir. Eyni zamanda, sosial siyasət sahəsində genişmiqyaslı proqramlar icra olunur, əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin təmin edilməsi dövlət siyasətinin əsas sütunlarından biridir. Azərbaycanın hərtərəfli inkişafına xidmət edən bu siyasət, əlbəttə ki, Ümummilli Liderin qoyduğu dəyərlər əsasında həyata keçirilir”,- deyə o diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin hörmətlə anılır: “Ulu Öndərin siyasi irsi və dövlətçilik məktəbi bu gün də Azərbaycanın inkişafına xidmət edir. Heydər Əliyev dühası müstəqil Azərbaycanın qurulmasında və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində əsas dayaqlardan biridir”, - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri