Icma.az
close
up
RU
Min illik İncil də təhlükəli virus tapıldı

Min illik İncil də təhlükəli virus tapıldı

Icma.az, Lent az saytına istinadən bildirir.

Alimlər orta əsrlərə aid qədim əlyazmalarda qoyun çiçəyi virusunun DNT-sini aşkar ediblər. Tapıntılar bu virusun tarixini minilliklər əvvələ aparmağa imkan verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Tədqiqatçılar qoyun çiçəyi virusunun 21 qədim genomunu əldə ediblər. Bunların indiyədək aşkar edilmiş ən qədim poksvirus genomları arasında olduğu bildirilir.

Virusun DNT-si Avropanın müxtəlif kitabxana və arxivlərində saxlanılan 17 perqament vərəqində aşkarlanıb. Onların arasında təxminən 990-1020-ci illərdə Kenterberidə hazırlanmış və hazırda York Minsterdə saxlanılan “İncil”in səhifələri də var.

Bundan əlavə, təxminən 800-cü ilə aid latın lüğətində, həvari Pavelin məktublarının surətlərində və digər orta əsr sənədlərində virus izlərinə rast gəlinib. XV əsrə aid kağız vərəqdə də müsbət nümunə müəyyən edilib.

Araşdırma çərçivəsində qədim qoyun qalıqları və tarixi perqamentlər də daxil olmaqla ümumilikdə 754 nümunə tədqiq olunub. Əlyazmalara zərər verməmək üçün mütəxəssislər səhifələrin səthini xüsusi pozanla yüngülcə silib, yaranan tozdan DNT nümunələri əldə ediblər.

Qoyun çiçəyi heyvanlarda ağır xəstəliyə səbəb olan virus infeksiyasıdır və insanlarda çiçək xəstəliyinə səbəb olmuş variola virusu ilə eyni böyük poksviruslar ailəsinə daxildir. Xəstəlik heyvandarlıq təsərrüfatlarında ciddi iqtisadi itkilərə səbəb ola bilər.

Araşdırmada maraqlı məqamlardan biri virus DNT-si aşkarlanan 17 perqament vərəqinin hamısının qoyun dərisindən hazırlanmaması olub. Onlardan 10-u dana, dördü keçi, yalnız üçü qoyun dərisindən hazırlanıb.

Alimlər bunun səbəbini hələ dəqiq müəyyən edə bilməyiblər. Virusun başqa heyvanlarda da mövcud olması, dərilərin emalı zamanı DNT-nin bir materialdan digərinə keçməsi və ya perqamentlərin hazırlanması və təmiri zamanı qoyun mənşəli materiallardan istifadə edilməsi ehtimallar arasındadır.

Virusun ən qədim izləri isə kitablarda deyil, qoyun dişlərində tapılıb. Nümunələrdən biri Qazaxıstandakı Tunc dövrünə aid Mırjık yaşayış yerindən əldə edilib və eramızdan əvvəl təxminən 1875-1645-ci illərə aid edilir. Digər qədim nümunə isə Rusiyanın Altay bölgəsində aşkarlanıb.

Bu nəticələr qoyun çiçəyi virusunun ən azı 3500-3800 il əvvəl mövcud olduğunu göstərir. Genetik təhlillər virusun minilliklər ərzində nisbətən az dəyişdiyini də üzə çıxarıb.

Tədqiqatçılar hesab edirlər ki, qədim kitabxanalar keçmişdə yayılmış infeksiyaların bir növ genetik arxivi rolunu oynaya bilər. Çünki heyvan dərisindən hazırlanan perqamentlər mətnlərlə yanaşı, həmin dövrdə heyvanlar arasında yayılan xəstəliklərin DNT izlərini də min illərlə qoruyub saxlaya bilir.

Alimlər gələcəkdə eyni üsulla keçi çiçəyi və iribuynuzlu heyvanlarda düyünlü dermatit kimi digər qohum virusların da qədim genomlarını aşkar etməyə ümid edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri