Icma.az
close
up
RU
Minatəmizləmə uzun zaman, ağır zəhmət, böyük vəsait tələb edir

Minatəmizləmə uzun zaman, ağır zəhmət, böyük vəsait tələb edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünya ictimaiyyəti bu problemin həllində Bakıya dəstək verməli, İrəvana təzyiq göstərməlidir

Hər il aprelin 4-ü dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsinin əsası 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə qoyulub. BMT bununla partlayıcı maddələrin mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə minalarla mübarizə imkanlarının yaradılmasına və inkişafına çağırışlar edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların, necə deyərlər, kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də böyük təhlükələrə və faciələrə səbəb olur. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkanlar yaradıb. 

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan dövlətlər və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanından məhrum terrorçu qruplar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də qiymətinin ucuz olmasıdır. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı əmrə ehtiyac olmadan bir çox aylar, hətta illər ərzində öz mövqelərində sabit qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, yaxud dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə, necə deyərlər, səssiz-səmirsiz dayanaraq, öz qurbanlarının yolunu “gözləyirlər”. Buna görə də ən böyük universal təşkilat olan BMT hər il aprelin 4-də dünya ölkələrinin diqqətini həmin problemə cəlb etməyi nəzərdə tutur.

Təəssüf ki, Azərbaycan da dünyada minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkən, müharibənin “mirası” ilə təqib olunan ölkələr sırasındadır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı bütün hərbi əməliyyatlar ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının “Landmine Monitor Report 2020” layihəsinin məlumatına əsasən, Azərbaycan ərazisində basdırılmış minaların sayına görə dünyanın ilk ölkələri sırasındadır. Vətən müharibəsindən sonra Azərbaycanın 12 faizdən çox ərazisinin minalarla çirkləndirildiyi məlum oldu. Respublikamız ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək, 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir.

Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri məlumatlara görə, azad edilmiş ərazilərin təxminən beşdə biri yüksək dərəcədə çirklənib. Təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir. 2020-ci ilin noyabr ayından indiyədək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 191 min 555 hektar ərazi minalardan və PHS-lərdən təmizlənib. Bu təmizləmə əməliyyatları nəticəsində 36 min 479 ədəd piyada əleyhinə mina, 21 min 607 ədəd tank əleyhinə mina və 133 min 514 ədəd PHS olmaqla, ümumilikdə 191 min 600 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

Elə bu il aprelin 2-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina partlayışı baş verdi. Azərbaycan Respublikası Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydıqları məlumatda bildirildi ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Bununla da İkinci Qarabağ müharibəsindən sonra mina qurbanlarının sayı 388-ə çatıb. Onlardan 70-i həlak olub, 318-i isə xəsarət alıb. Ümumilikdə, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib. Onlardan 359-u azyaşlı və gənc, 38-i qadındır.

Xarici İşlər Nazirliyinin “X” hesabında bununla bağlı edilən paylaşımda bildirilib: “4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik”. Paylaşımda Azərbaycan ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə həlak olan və ya yaralanan ölkə vətəndaşlarının sayı qeyd edilib. Eyni zamanda, XİN həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulayıb.

Nazirlik öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq hüququ pozan Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb. O da qeyd edilib ki, Azərbaycan Respublikası öz xalqının minasız, təhlükəsiz və çiçəklənən gələcəyini təmin etməklə bağlı öhdəliyinə sadiq qalır.

XİN-in mətbuat katibi Ayxan Hacızadə isə bu gün münasibətilə “Envoy” jurnalına müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Onun sözlərinə görə, rəsmi İrəvan beynəlxalq təzyiqlərdən sonra bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib.

A.Hacızadə qeyd edib ki, Ermənistan verdiyi xəritələrdə Azərbaycan ərazilərində təxminən 400 min minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”.

Hər bir məsələdə Azərbaycanla birlik nümayiş etdirən Türkiyə Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib: “Uzun müddətdir ərazilərinin minalardan çirkləndirilməsinin ciddi təhdid yaratdığı Əfqanıstan kimi ölkələrlə bərabər, işğaldan azad etdiyi ərazilərində hələ də aşkarlanmamış çox sayda minaların olduğu Azərbaycanın təhlükəsizliklə bağlı narahatlıqlarını bölüşürük”.

Paylaşımda minaların və PHS-lərin bir çox ölkələrdə insanların həyatına təhlükə yaratmaqda davam etdiyi vurğulanıb. Qeyd olunub ki, sözügedən problem həmin ölkələrin sosial-iqtisadi inkişafına da ciddi təhdidlər yaradır, habelə, mədəni irsinin qorunmasında çətinliklərə səbəb olur.

Bəyanatda beynəlxalq və regional səviyyədə torpaq səthi və su hövzələrində yerləşdirilən minalarla mübarizəyə önəmli töhfələr verən bir ölkə olaraq Türkiyənin piyada əleyhinə minaların basdırılması, istehsalı, onlardan istifadə, habelə, bu qəbildən olan partlayıcıların zərərsizləşdirilməsini nəzərdə tutan Ottava müqaviləsi və bu sənədə uyğun olaraq həyata keçirilən əməkdaşlığı dəstəklədiyi vurğulanıb: “Ölkəmiz mina təhdidi ilə mübarizə aparan dövlətlərə istər quruda, istərsə də su hövzələrində verdiyi dəstəyi davam etdirəcək”.

İnsan hüquqları üzrə müvəkkil – Ombudsman Səbinə Əliyeva bildirib ki, ərazilərimizdə basdırılmış çoxsaylı mina və PHS-lər hələ də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Onun sözlərinə görə, təkcə hərbi qulluqçular deyil, çoxsaylı mülki şəxslər, xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media mənsubları mina terrorunun qurbanı olublar. Mina qurbanlarının sayı ilə bağlı mövcud rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük maneə olan problemin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.

Ombudsman təəssüf hissi ilə qeyd edib ki, Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə ciddi maneə yaradır. Bu isə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidir, nəticədə regionda sabitlik və inkişafın təmin olunmasına böyük əngəl törədir. Buna görə də dünya ictimaiyyəti hər kəsin azad və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə azərbaycanlılara qarşı mina terroru ilə mübarizədə fəal iştirak etməlidir.

Göründüyü kimi, ərazilərimizin minalarla çirkləndirilməsinin yaratdığı problem hazırda ölkəmiz üçün son dərəcə aktualdır. Minaların təmizlənməsi uzun zaman, ağır zəhmət, böyük vəsait tələb edən yorucu prosesdir. Ermənistan isə özünü sülhpərvər kimi göstərsə də, minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən bugünədək imtina edir. İrəvan iki ölkə arasında etimad mühitinin yaradılması üçün minalarla çirkləndirilmiş ərazilərin dəqiq xəritəsini ləngimədən ölkəmizə verməli, heç olmasa bu məsələ ilə bağlı dürüstlük nümayiş etdirməlidir. Rəsmi İrəvanın bu məsələdə atacağı konstruktiv addım sonradan iki ölkə arasında digər sahələrdə əməkdaşlıq üçün də baza rolunu oynaya bilər. Bu gün mina təhlükəsinə qarşı mübarizədə Azərbaycana dəstək olmaq sülhə, insan haqlarına və təhlükəsiz həyata dəstək olmaq deməkdir.

Hafiz SƏFİXANOV, 
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi

– Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərazisi minalar və partlamamış hərbi sursatlarla çirklənmiş ölkələrdə qeyd olunur. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən əziyyət çəkən ölkələrdəndir. Məlum olduğu kimi, bunun da səbəbi bütün hərbi əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılması ilə bağlıdır.

Həm bizim tədqiqatlarımız, həm də dövlət orqanlarının – ANAMA-nın, Müdafiə Nazirliyinin, digər strukturların verdiyi məlumatlar göstərir ki, keçmiş təmas xətti və onun ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məntəqələri, çay sahilləri minalarla ciddi surətdə çirkləndirilib və orada böyük təhlükə var. Minalara həm də kənd təsərrüfatına yararlı torpaqlarda, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində, ümumiyyətlə, ağla gələn və gəlməyən bütün yerlərdə rast gəlmək mümkündür. Burada sürpriz minaların, yəni mina-tələlərin olmasını da nəzərə almaq lazımdır. Çünki Ermənistan tərəfi onlardan da geniş istifadə edib. Azərbaycan maliyyə tutumu böyük olan bu problemin həllinin 90-95 faizini dövlət büdcəsi hesabına yerinə yetirir. Problemin miqyasını nəzərə alaraq beynəlxalq birliyin bununla bağlı ölkəmizə ciddi dəstək verməsinə böyük ehtiyac vardır.

Səxavət HƏMİD 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see222

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see204

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see149

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see147

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see146

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see143

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see142

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see124

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see123

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see122

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see122

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see119

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see117

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri