Icma.az
close
up
RU
Almaniyada hökumət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb

Almaniyada hökumət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Almaniyada hakimiyyət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) rəhbərlərinin gecə yarısınadək davam edən danışıqlarından sonra razılıq əldə olunub və hökumət pensiya paketi üzrə mövcud qanun layihəsini dəyişmədən saxlayacaq. Lakin koalisiya gənclər təşkilatının – “Yunge Union”un narahatlıqlarını azaltmaq üçün sənədə əlavə izahat mətninin salınmasına razılaşıb. Gənclər qrupu xüsusilə 2031-ci ildən sonra pensiya səviyyəsinin yüksək saxlanmasının yaratdığı mümkün milyardlarla avroluq xərc yükünə etiraz edirdi.

Koalisiyanın təqdim etdiyi izahat mətnində gələn il əsaslı pensiya islahatına start veriləcəyi vurğulanır. Bu məqsədlə 2026-cı ilin ikinci rübünədək ilkin təkliflər hazırlayacaq xüsusi komissiya yaradılacaq. Hökumət pensiya səviyyəsinin uzunmüddətli sabitliyini təmin etmək üçün maliyyə dayanıqlılığını gücləndirən mexanizmlər üzərində işləməyi planlaşdırır. Bu çərçivədə “davamlılıq faktoru”nun yenilənməsi, həmçinin gələcək on il ərzində pensiya haqlarının sabit saxlanması nəzərdə tutulur.

Komissiya, həmçinin pensiyaya çıxma yaşının mümkün yüksəldilməsini və daha çox gəlir qruplarının pensiya sisteminə daxil edilməsini də araşdıracaq. Bundan əlavə, hökumət gənc nəslin özəl və korporativ pensiya yığımını artırmaq üçün dövlətə məxsus səhmlərdən əldə olunan dividendlərlə xüsusi dəstək proqramı tətbiq edəcək.

Kansler Fridrix Merts bu çərçivədə dövlətin “Telekom”, “Deutsche Post” və “Commerzbank”dakı paylarının prosesə cəlb olunacağını bildirib. Yeni razılaşmanın məqsədi Almaniyada pensiya sahəsində uzun illərdir ehtiyac duyulan islahatların həyata keçirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri