Icma.az
close
up
RU
Minifutbol yığmamızın sabiq üzvü: Monteneqroya həmişə qalib gəlmişik

Minifutbol yığmamızın sabiq üzvü: Monteneqroya həmişə qalib gəlmişik

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı Davud Kərimi dünya çempionatının yarımfinal mərhələsində bu gün Monteneqro ilə keçiriləcək matçda şansları dəyərləndirib.

O, "Report”a açıqlamasında Monteneqronun qarşılaşmaya ciddi hazırlaşdığını bildirib.

Qapıçı Azərbaycan millisini favorit sayır:

"Monteneqro ilə əvvəllər keçirdiyimiz həm yoldaşlıq, həm də beynəlxalq yarışlardakı oyunlarda həmişə qalib gəlmişik. Bu il komanda həqiqətən dünya çempionatına ciddi hazırlaşıb. Çexiya kimi komandanı məğlub edib yarımfinala çıxıblar. Hansı ki, yarışda mənim fovoritlərim Serbiya və Çexiya milliləri idi. Bu kollektivlər bizə başağrı ola bilərlər. Şükürlər olsun ki, Monteneqro Çexiyanı məğlub etdi və işlər bizim üçün bir qədər asanlaşdı. 5 oyuna 1 qol buraxıblarsa, deməli, ciddi rəqibdirlər. Buna baxmayaraq, Azərbaycan millisini favorit sayıram və dünya çempionatının qalibi görürəm”.

O, Monteneqronun daha çox əks-hücumlara üstünlük verdiyini söyləyib:

"Monteneqro çox bərk komandadır. Qapılarının önündə təhlükəli vəziyyət yaradılmasına imkan vermirlər. Daha çox əks-hücumlara üstünlük verirlər. 9 nömrəli futbolçuları (Andrey Padera) çox yaxşı oynayır. Ona diqqət yetirsələr, yaxşı olar. Düşünürəm ki, millimizin məşqçilər heyəti də təhlillər aparıb və bu barədə futbolçulara məlumat verib. Ümid edirəm ki, rəqibi göz açmağa qoymarıq”.

D.Kərimi dünya çempionatında ən güclü rəqiblərdən birinin Serbiya olduğunu vurğulayıb:

"Yarımfinaldakı komandalar arasında ən güclülərdən biri Serbiya millisidir. Son Avropa çempionlarıdır, həqiqətən də çox yaxşı oynayırlar. 1/4 finalda Bosniya və Herseqovinaya 5 qol vurdular. Bu isə onların gücündən xəbər verir”.

Qeyd edək ki, Azərbaycan - Monteneqro matçı Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri