Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Minimum istehlak səbətinin tərkibinə yenidən baxılır

Minimum istehlak səbətinin tərkibinə yenidən baxılır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaşayış minimumu haqqında” qanununda dəyişikliklər sosial rifahın yaxşılaşmasını nəzərdə tutur

“Yaşayış minimumu haqqında” qanununda dəyişikliklər layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olunub və dünən parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Layihə birinci oxunuşda qəbul olunub.  Dəyişikliklərin əsas istiqamətləri minimum istehlak səbətinin tərkibinə yenidən baxılması və səbətdə yer alan qida normativlərinin yeni dəyərinin müəyyənləşdirilməsi, tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının təsdiqlənməsidir.

Qeyd edək ki, hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq müəyyənləşir. Həmin normaların tətbiq edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq normaların tərkibi və strukturu üzrə ciddi dəyişiklik edilməyib. 11 il əvvəl sözügedən qanunda aparılan bəzi dəyişikliklər zamanı minimum istehlak səbətinin tərkibinə yenidən baxılarkən adıçəkilən müəssisələrdə qida normativləri olduğu kimi saxlanılıb. Bu isə institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermir.

Ötən illərdə ölkədə qida mallarının qiymətinin artması, bəzi malların çeşidlərində əlavələrin olunması isə istehlak səbətinin dəyişməsi zəruriliyini daha da artırıb. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Beləliklə, qanuna dəyişikliklərdən sonra qeyd edilən sahələrdə boşluq aradan qaldırılmaqla, həmin sektorlarda qida normativləri ilə bağlı əhatəlilik təmin olunacaq.

Yaşayış minimumu istehlak səbətinin dəyərini müəyyənləşdirir

Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi ilə bağlı konsepsiya və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə əlaqədar hüquqi sənədlərin tərtib olunmasında, eləcə də dövlət və yerli büdcələrin, büdcədənkənar fondların, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və normativ sənədlərin hazırlanmasında sosial məqsədlər üçün istifadə olunur. Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin  indeksləşdirilməsində də əsas göstəricidir.

Həssas sosial qrupların müdafiəsi ilə bağlı hədəflər

Hökumət vətəndaşlara vergi və sosial sığorta ödənişlərində güzəştlər edərkən “Yaşayış minimumu haqqında” qanunun müvafiq sosial tələblərinə istinad edir.

Hökumət qarşısında duran əsas sosial məqsədlərdən biri növbəti mərhələdə yaşayış minimumumunun mərhələli şəkildə artırılması və Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əhalinin həssas sosial qrupları, aztəminatlı ailələrlə bağlı müxtəlif dövlət proqramları çərçivəsində tədbirlərin görülməsi, eləcə də əhalinin gəlir əldəetmə imkanlarının artırılması ilə bağlı hədəflər müəyyənləşib.

Hazırda ölkəmizdə yaşayış minimumunun məbləği 285 manat təşkil edir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Bu, həm də istehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi fonunda hazırda dəyəri 285 manat olan yaşayış minimumunun da artırılması üçün imkanlar yaradacaq. Nəticədə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarıın sosial müdafiəsinin gücləndirilməsi də təmin ediləcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri