Icma.az
close
up
RU
Minimum səylə maksimum effekt: sağlamlıq üçün altı sadə hərəkət AZƏRTAC

Minimum səylə maksimum effekt: sağlamlıq üçün altı sadə hərəkət AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Elmi tədqiqatlar göstərir ki, 30 yaşdan sonra insan sağlamlığında müəyyən geriləmələr başlasa da, kiçik dəyişikliklərlə bu prosesin təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Əzələ və sümük itkisi, güc azalması və çəki artımı kimi halların tamamilə qarşısını almaq çətin olsa da, bununla bağlı 6 sadə tədbir sağlam bir həyat tərzini təmin edə bilər.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, birincisi liflə zəngin qidalar istehlak etmək əhəmiyyətlidir. Lifli qidalar ürək-damar xəstəlikləri, diabet və bağırsaq sağlamlığın qorunmasında mühüm rol oynayır. 2015-ci ildə aparılan bir araşdırmaya görə, gündə cəmi 10 qram əlavə lif qəbul etmək ölüm riskini 10 faiz azalda bilər. Gündəlik 30 qram lif istehlakı tövsiyə olunur və bu miqdar qoz-fındıq, meyvə və tərəvəzlərdən təmin edilə bilər.

İkincisi gücləndirici və dartıcı hərəkətlərə üstünlük vermək lazımdır. Fiziki hərəkət ürək-damar sağlamlığı üçün əvəzolunmazdır. Gəzinti, qaçış və ya velosiped sürmək kimi fəaliyyətlərə əlavə olaraq, həftədə ən azı iki dəfə əzələ gücləndirici məşqlər etmək tövsiyə olunur. Əzələ itkisi və sümük sıxlığı azalmasının qarşısını almaq üçün çəki məşqləri xüsusilə vacibdir. Çömbəlmə kimi hərəkətlər bədənin müxtəlif əzələ qruplarını işlədərək elastikliyi artırır.

Üçüncüsü keyfiyyətli yuxu alışqanlığı olmalıdır. Yuxunun sağlamlıq üçün əhəmiyyəti çox böyükdür. Keyfiyyətsiz yuxu yüksək qan təzyiqi, diabet, piylənmə və hətta infarkt riskini artırır. Kofein qəbulunu məhdudlaşdırmaq, elektronik cihazlardan uzaq durmaq və nəfəs məşqləri ilə rahatlamaq yuxunun keyfiyyətini artırmağa kömək edə bilər. Bununla yanaşı, spirtli içki istifadəsindən çəkinmək REM fazasına təsir etməmək baxımından vacibdir.

Dördüncüsü hərəkətsiz vaxtı azaltmaq daha yaxşı olar. Araşdırmalara görə, oturaq həyat tərzi erkən ölüm riskini artırır. Hər saat oturaq vəziyyətdə qalmaq ölüm riskini 5 faiz yüksəldə bilər. Mütəxəssislər hər 20 dəqiqədə bir qısamüddətli hərəkət etməyi tövsiyə edirlər. Bu sadə addım ofisdə və evdə sağlamlığınızı qorumağa kömək edə bilər.

Beşincisi təbiətlə əlaqəni gücləndirmək tövsiyə olunur. Təbiətdə vaxt keçirmək həm fiziki, həm də psixoloji sağlamlıq üçün faydalıdır. Təmiz hava, yaşıl mühit və təbii mənzərələr stresi azaltmaqla yanaşı, maddələr mübadiləsini sürətləndirir və immuniteti gücləndirir. Hətta təbiət mənzərəsinə baxmaq belə insanın daxili rahatlıq hissini artırır.

Altıncısı sosial əlaqələrə diqqət yetirmək mühüm amildir. Sosial əlaqələr insan sağlamlığı üçün siqaret çəkməmək və ya artıq çəki ilə mübarizə qədər vacibdir. Araşdırmalar göstərir ki, sosial dəstək sağ qalma şansını 50 faizə qədər artırır. Tənhalıq depressiya, Alzheimer və digər xəstəliklərlə əlaqələndirilir. Ailə və dostlarla əlaqəni saxlamaq, hətta qrup fəaliyyətlərində iştirak etmək bu riski azalda bilər.

Həyat tərzində sadə dəyişikliklər edərək sağlamlığı qorumaq mümkündür. Elmi araşdırmalar göstərir ki, kiçik addımlar, məsələn, daha çox lifli qida qəbul etmək, fiziki aktiv olmaq, yuxu rejimini yaxşılaşdırmaq və sosial əlaqələri gücləndirmək uzun və sağlam həyat üçün əsas şərtlərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri