Minskdə keçirilən seçkilərdə iştirak edənlərin 79,34 faizi Lukaşenkoya səs verib
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko Minskdə səslərin 79,34 faizini toplayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Minsk Şəhər Prezident Seçki Komissiyasının sədri Aleksandr Şekoviç bildirib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, bütün respublika üzrə seçkilərə qatılanların ümumi sayının 86,82%-i Lukaşenkonun lehinə səs verib.
Şəhər komissiyasının rəhbəri onu da bildirib ki, onun üzvləri tərəfindən təsdiq edilmiş protokola əsasən, 3,65 faiz Sergey Syrankova, 3,41 faiz Anna Kanopatskaya, 2,94 faiz Oleq Qaydukeviçə, 2,36 faiz isə Aleksandr Xijnyaka səs verib. Minskdə 7,18% hamının əleyhinə səs verib, 1,12% səs etibarsız sayılıb. Belarus paytaxtında seçici fəallığı 69,72% təşkil edib.
Baxış sayı:72
Bu xəbər 28 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















