Icma.az
close
up
RU
Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin təqdisinə çağırılmayıb

Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin təqdisinə çağırılmayıb

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan tərəfi Minskdə Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin təqdis olunmasına dəvət almayıb.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bir qədər əvvəl Ermənistan mediası Belarus paytaxtı Minskdəki Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin 2025-ci ilin mayında təqdis olunacağı barədə məlumat paylaşıb.

Bununla bağlı erməni jurnalistlər Ermənistanın baş nazirinin ofisinə sorğu göndəriblər, baş nazir və ya digər yüksək rütbəli şəxslərin məbədin təqdis edilməsində iştirak etmək üçün dəvət alıb-almadıqlarını, əgər alıblarsa, Ermənistandan Minskə kimin gedəcəyini soruşublar. Lakin cavab XİN-dən gəlib.

"Sorğunuza cavab olaraq bildiririk ki, heç bir dəvət daxil olmayıb", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, İrəvanla Minsk arasındakı münasibətlərdə gərginlik Lukaşenkonun İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb.

Paşinyan hələ 2024-cü ilin iyununda bəyan etmişdi ki, Lukaşenko bu ölkənin lideri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək. İki ölkənin xarici işlər nazirlikləri 2024-cü ilin iyununda nota mübadiləsi aparıblar, avqustda isə Lukaşenkonun növbəti sərt bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri