Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ermənistan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etmir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər məsələyə konstruktiv yanaşırlar:
“Hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm, amma deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin bir hissəsi başqa dövlətə verilməli və əvəzində hər hansı ərazi alınmalıdırsa, yəni ərazi dəyişikliyi nəzərdə tutulursa, bu məsələ ümumxalq səsverməsinə çıxarılmalıdır. Belə də olacaq, bunun qarşısını almaq mümkün deyil. Anklavların mübadiləsi mümkün həll yollarından biridir, amma yeganə deyil. Yəni, nəzəri cəhətdən ərazilərin qarşılıqlı və mütənasib şəkildə verilməsi mümkündür. Deyə bilərəm ki, qarşı tərəf də konstruktiv yanaşma nümayiş etdirir. Nəticənin necə olacağına gəlincə, o, səsverməyə çıxarılacaq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu barədə danışıb. Azərbaycanın anklavların dəyişdirilməsi ilə bağlı təşəbbüsü dəstəkləməyəcəyi birmənalıdır. çünki Azərbaycanın Ermənistandakı eksklavları kritik strateji əhəmiyyətə malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















