Icma.az
close
up
RU
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var

Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır. 

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Sənədə əsasən, müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılır. 

Həmin institutlardan biri kimi İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu yaradılacaq. Elm və Təhsil Nazirliyi yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir. 

Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli və Qərardan irəli gələn digər məsələləri həll etməlidir. 

Qeyd edək İdarəetmə Sistemləri İnstitutunun baş direktoru texnika elmləri doktoru, professor Əli Abbasovdur. Əli Abbasovun ixtisası avtomatika və telemexanikadır. Riyaziyyat və Mexanika İnstitutunun isə baş direktoru fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur. 

Yeni yaradılacaq Riyaziyyat İnstitutuna kimin rəhbərlik edəcəyinə gəldikdə isə təxminlərə görə, bu vəzifəyə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov təyin ediləcək. 

Məsələ ilə bağlı sabiq təhsil naziri, professor Misir Mərdanov “Cebheinfo.az”-a açıqlamasında hələ bu barədə məlumatı olmadığını bildirib. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Misir Mərdanov Əli Abbasov vəzifə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri