Icma.az
close
up
RU
MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək

MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan "GP Cotton Holdings"in şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini "Prime Cotton" MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.

"Prime Cotton"un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. "Raleway" fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo "Prime Cotton"un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır.

Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcək şirkət uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkənin pambıqçılıqla məşğul olan 20 rayondan 15-də fəaliyyət göstərir. "Prime Cotton" hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıq istehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdə qeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və 2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsində qərarlaşıb.

"Prime Cotton" MMC pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə də dayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransında iştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsinin stendinə yaxınlaşıb "Prime Cotton" şirkətinin pambıqçılıqda tətbiq etdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldə edə biləcəklər. Şirkətin İcraçı direktoru Rövşən Mahmudov COP29 zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək "Daha Yaxşı Pambıq", 21 noyabrda isə Göy Zonada baş tutacaq "Torpağın Sağlamlığı" tədbirlərində çıxış edəcək.

Şirkətin İcraçı direktoru, Rövşən Mahmudov bildirib: "Dayanıqlılıq "Prime Cotton"da strateji məqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiq etməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizi paylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçün önəmli bir platformadır."

Prime Cotton pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələr olan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, Mingəçevir Tekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayonda Pambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə Tipli Filiallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə, şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ən müasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiq edir.

İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıq sortlarının məhsuldarlığını və dərmanların təsirini yeni texnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusi təsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsul istehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıq sortları sınaqdan keçirilir, nəticələr fermerlərlə bölüşdürülür.

Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkət istehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə, Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir.

Qeyd edək ki, "Prime Cotton" MMC 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. Prime Cotton hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir.

Mingəçevir Tekstil Parkı (MTP), Prime Cotton-un törəmə şirkəti olaraq, hər il 6.000 ton açıq sonlu (OE spun), 8.500 ton Ring üsulu (RS) ilə iplik istehsal edir. Bu şaquli inteqrasiya olunmuş müəssisə açıq sonlu ipliklə yanaşı halqa iplik(RS) istehsalını dəstəkləyən toxuma və trikotaj üçün iki fabriki əhatə edir. Daha ətraflı məlumat üçün www.primecotton.az saytına daxil ola bilərsiniz.

"GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə" qədər bütün prosesi əhatə edərək, keyfiyyət və məhsuldarlığa tam nəzarəti təmin edərək "GP Cotton Holdings"in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb.

COP - Tərəflər Konfransı, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik toplantılarına aiddir. Bu konfranslar iqlim dəyişikliyinə qarşı mübarizədə irəliləyişi qiymətləndirmək və gələcək tədbirləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir. Qarşıdakı COP29 konfransı 2024-cü ilin noyabr ayında Bakıda, Azərbaycanda keçiriləcək. Bu konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim təşəbbüslərində aktiv rolunu əks etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see195

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see138

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see137

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see136

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see136

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see136

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see131

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see127

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see123

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see121

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see117

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see116

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri