Icma.az
close
up
RU
MM beynəlxalq ictimaiyyəti səhih mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb

MM beynəlxalq ictimaiyyəti səhih mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclis beynəlxalq ictimaiyyəti səhih mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edilib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur:

“Azərbaycan Respublikası Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13%-dən çoxunu çirkləndirmişdir. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir.

Ermənistanın qanunsuz hərbi işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minalar bir hərbi vasitə kimi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusunu təşkil edir. Ermənistan minaları beynəlxalq normalarla nəzərdə tutulan işarələr olmadan və əksər halda heç bir hərbi zərurət olmadan basdırmışdır. Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməmiş və Azərbaycan ərazilərində mina basdırmaqda davam etmişdir. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir.

Xatırladılmalıdır ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla 388 nəfər azərbaycanlı mina qurbanı olmuşdur.

Humanitar dəyərləri ali tutan Azərbaycan Respublikası minatəmizləmə sahəsinə böyük diqqət və resurslar ayrılır. Ölkəmiz bu sahədə müvafiq qanunvericilik aktları qəbul etmiş və güclü praktik qabiliyyətlər inkişaf etdirmişdir. Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin xeyli hissəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş və bu fəaliyyət sistemli şəkildə davam edir. Azərbaycan humanitar həmrəylik prinsiplərinə əsaslanaraq, öz təcrübəsini mina problemindən əziyyət çəkən digər dövlətlərlə bölüşür.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir.

Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər.

Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə və minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see278

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see211

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see149

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see147

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see143

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see129

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see128

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see124

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see124

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see123

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see121

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see121

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see120

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see119

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see116

Spirtli içkilər qan damarlarını genişlədir

03 Oktyabr 2025 22:26see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri