Icma.az
close
up
RU
MM xarici ölkə parlamentlərarası əlaqələr üzrə işçi qruplarına məktublar ünvanlanıb

MM xarici ölkə parlamentlərarası əlaqələr üzrə işçi qruplarına məktublar ünvanlanıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.

APA xəbər verir ki, məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.

Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.

Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır. Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqları vurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətə cəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəman kimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublarda deyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub.

Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin, parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.

Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibə cinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə etnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər.

Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" (A/74/676 – S/2020/90) da əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Mart 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri