Icma.az
close
up
RU
MN: AzərbaycanTürkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

MN: AzərbaycanTürkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Icma.az, Aznews.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir MN: AzərbaycanTürkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən (MN) AzNews.az-a bildirilib ki, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə məlumat verilib.

General-polkovnik Y.Kadıoğlu isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Görüşdə, həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see322

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see122

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see119

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see119

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see118

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see118

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see118

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see118

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see118

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see117

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see115

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see115

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see115

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see115

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see112

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see110

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see109

Apple 18 illik özəlliyindən imtina edir

11 Fevral 2025 15:37see107

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see105

“Böyük Qayıdış”ın işıqlı SİMASI Görülən işlər və perspektivlə

11 Fevral 2025 17:41see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri