Icma.az
close
up
RU
Mobil oyunlardan startaplara: Niderlandda süni intellekt üzrə təhsil alan azərbaycanlı ilə MÜSAHİBƏ

Mobil oyunlardan startaplara: Niderlandda süni intellekt üzrə təhsil alan azərbaycanlı ilə MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

London, 15 iyul, AZƏRTAC

Texnologiya sahəsində uğur qazanan azərbaycanlı gənclər sırasında Niderlandda təhsil alan Sahib Zülfiqar da var. O, süni intellekt və proqramlaşdırma üzrə ixtisaslaşmaqla yanaşı, tələbələrin gündəlik həyatını asanlaşdıran və Londonda əsası qoyulan “Talab” adlı mobil tətbiqin də həmtəsisçisidir.

Sahib Zülfiqar AZƏRTAC-a müsahibəsində bu layihənin yaranma səbəblərindən, texniki tərəflərindən və gələcək planlarından danışıb.

- Sahib bəy, ilk öncə oxucularımıza özünüz və hazırda təhsil aldığınız universitet barədə məlumat verməyinizi istəyirik...

- Hazırda Niderlandın paytaxtı Amsterdamda kompüter elmləri və süni intellekt ixtisası üzrə təhsilimi başa vururam. Texnologiyaya marağım çox erkən yaşda yaranıb. 12 yaşımda ilk mobil oyunumu hazırlayıb “App Store” və “Google Play” platformalarında yayımladım. 14 yaşımda isə Azərbaycanın məşhur xalq nağılı əsasında “Cırtdan” adlı oyun hazırladım. Bu oyun “App Store”un top siyahısında birinci yerə yüksəldi və 20 minə yaxın yüklənmə qazandı. Bu uğur mənə göstərdi ki, texnologiya vasitəsilə mədəniyyətimizi tanıtmaq və real dəyər yaratmaq mümkündür. Elə bu motivasiya ilə bu sahədə daha dərindən inkişaf etmək barədə qərar verdim.

- Böyük Britaniyanın paytaxtı Londonda tələbələr üçün “Talab” adlı platforma qurmusunuz. Bu ideya necə yaranıb?

- “Talab” ideyası tamamilə real bir söhbətdən yarandı. Həmtəsisçi Mirkazım Seyidzadə Londonda yaşayırdı və bir gün mənə dedi ki, beynəlxalq tələbələr burada hər xırda məsələ üçün əziyyət çəkirlər. Ev tapmaq, təmizlik, hava limanı transferi, hətta restoran rezervasiyası etmək üçün tələbələrə aid konkret platforma yoxdur. İnsanlar ya Feysbuk qruplarında axtarır, ya da tanışlardan soruşurlar. Amma bu həm vaxt aparır, həm də etibarlı olmur. Bu söhbətdən sonra qərara gəldik ki, bu boşluğu dolduraq. Beləliklə, “Talab” ideyası formalaşdı. Məqsədimiz tələbələrin həyatını daha asan, sürətli və təşkilatlı etmək idi. Bu, sadəcə bir startap deyil, tələbələrin real ehtiyaclarından ilhamlanmış bir təşəbbüsdür. “Talab” tələbələrin gündəlik ehtiyaclarını vahid platformada birləşdirən texnoloji mobil tətbiqdir. Təsəvvür edin: siz 17 yaşınızda Londona, böyük bir şəhərə yeni gəlmisiniz və nə etməli olduğunuzu bilmirsiniz. Harada yaşamalı, necə ev tapmalı, hansı restoranlara getməli, dostları necə tapmalı? Bu kimi suallarla minlərlə əcnəbi tələbə qarşılaşır. Bizim tətbiq məhz bu problemləri aradan qaldırmaq üçün yaradılıb. Tətbiq vasitəsilə Birləşmiş Krallıqdakı universitetlərə müraciət, şəxsi sürücü, ev təmizliyi, hava limanı transferi, restoran rezervasiyası kimi bir çox xidməti birbaşa sifariş etmək mümkündür. Hər bir sorğunu real insanlardan ibarət komandamız idarə edir və hər bir istifadəçiyə fərdi yanaşma təqdim olunur. Hazırda 8 mindən çox aktiv istifadəçimiz var. Son dövrdə tətbiq Azərbaycanda da fəaliyyətə başlayıb. Yerli tələbələr tətbiq vasitəsilə Londondakı universitetlərə müraciət edə və sənədləşmə də daxil olmaqla bütün mərhələlərdə bizdən dəstək ala bilərlər.

- Amsterdamda yaşayırsınız, Londona gəlib-getmək və gənc yaşda belə uğurlu bir texnoloji layihə qurmaq çətin olmadımı?

- Əlbəttə, çətinliklər oldu. Universitet təhsilimlə yanaşı, biznes fəaliyyətimi də paralel şəkildə aparıram. Təxminən hər üç həftədən bir Londona səfər edirəm. Əsas məqsəd komandamızla bir araya gəlmək, yerində işləmək, tədbirlərdə iştirak etmək və mobil tətbiqin inkişaf prosesini yaxından izləməkdir. Xüsusilə ilkin mərhələdə resurs çatışmazlığı, komanda qurmaq və düzgün məhsul-bazar uyğunluğunu tapmaq ən böyük çətinliklər idi. Amma mən inanıram ki, problemlər bizi daha güclü və fokuslu edir. Ən vacib olan odur ki, komanda daim öyrənməyə və uyğunlaşmağa açıq idi. Bu da bizim əsas üstünlüyümüz oldu. Londonda olmaq bizə istifadəçilərlə birbaşa ünsiyyət qurmaq imkanı verir. Hər səfərimdə daha çox beynəlxalq tələbənin “Talab”dan istifadə etdiyini və hətta küçədə bizi tanıyıb, yaxınlaşdıqlarını görmək motivasiyaedici və məhsulumuzun real təsirinin göstəricisidir.

- Azərbaycanda bu tip startapların inkişafını necə qiymətləndirirsiniz?

- İlk növbədə, gənclər üçün mentorluq proqramları, real investor çıxışları və beynəlxalq tədbirlərə çıxış imkanı vacibdir. Həmçinin təhsil sistemində innovasiya və sahibkarlıq mövzularına daha çox yer verilməlidir. Startaplar üçün hüquqi və maliyyə baxımından çevik və sadələşdirilmiş bir ekosistem yaradılmalıdır ki, ideyalar tez bir zamanda prototipə çevrilə bilsin.

- Gələcək planlarınız nədir?

- Qısa müddətdə mobil tətbiqimizi daha çox xidmət sahələrinə açmaq və tərəfdaş şirkətlərlə birbaşa inteqrasiya qurmaq əsas planlarımız sırasındadır. Uzunmüddətli məqsədimiz isə tətbiqi Avropa daxilində tələbələr üçün bir nömrəli xidmət platformasına çevirməkdir. Bu istiqamətdə texniki və strateji hazırlıqlar gedir.

- Gənc proqramçılara və texnologiya sahəsində karyera qurmaq istəyənlərə nə tövsiyə edirsiniz?

- Əsas məsləhətim budur ki, praktika nəzəriyyədən üstündür. Yalnız kurslara yazılmaqla kifayətlənmək olmaz. Real layihələr üzərində işləmək, “freelance” və ya könüllü layihələrdə iştirak etmək vacibdir. Hər gün bir az daha yaxşı olmağa çalışmaq lazımdır. Ətrafınızdakı insanlarla düzgün əlaqələr qurulmalıdır. Çünki bir ideyanın uğuru təkcə texnologiyadan deyil, onu həyata keçirən komandanın enerjisindən asılıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri