Icma.az
close
up
RU
Möhsün Şerif: Su istehsalında bərpaolunan enerji mənbələrindən istifadəyə sərmayə qoymağa çalışırıq

Möhsün Şerif: Su istehsalında bərpaolunan enerji mənbələrindən istifadəyə sərmayə qoymağa çalışırıq

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Su istehsalında bərpaolunan enerji mənbələrindən istifadəyə sərmayə qoymağa çalışırıq".

Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn Universitetində akademik işlər üzrə vitse-kanslerin müavini Möhsün Şerif Bakıda keçirilən "THE Avrasiya Universitetləri Sammiti"nin "Avrasiya universitetləri iqlim fəaliyyətlərinə necə təkan verir?" mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, yeni texnologiyaların ərsəyə gətirilməsinə ehtiyac var:

"İlk addım soyutma sistemidir, çünki Birləşmiş Ərəb Əmirliklərində bəzən hava çox isti olur və bizim çox səmərəli soyutma sisteminə ehtiyacımız var. Bu iki amil - su istehsalı və soyutma - istixana qazlarının emissiyasının əsas mənbəyidir. Ona görə də biz hazırda su istehsalı, soyutma üçün daha az enerji tələb edən yeni texnologiyaların inkişafına və həmçinin su istehsalında bərpaolunan enerji mənbələrindən istifadəyə sərmayə qoymağa çalışırıq".

Möhsün Şerif qeyd edib ki, kampuslarda hər il su sərfiyyatının ən azı 5 faiz azaldılması əsas hədəflərindən biridir:

"Həmçinin ətraf icmalarda tullantı sularının istifadəsini azaltmağı da qarşıya məqsəd qoymuşuq. Bununla biz su istehsalında istifadə olunan enerjini minimuma endirməyə çalışırıq, eyni zamanda, tullantı sularının istifadəsini azaltmaq niyyətindəyik".

O, su israfının qarşısının almaq üçün maarifləndirici tədbirlərdən danışıb:

"Məktəblərə gedib uşaqlara suya qənaət və digər yaxşı təcrübələr haqqında məlumat vermək mümkündür. Ali təhsil müəssisələrində bakalavr və magistr tələbələri üçün dayanıqlılıq və iqlim dəyişikliyi ilə bağlı kurslar təşkil edə bilərik. Bizdə ümumi təhsil çərçivəsində dayanıqlılıq üzrə bir kurs var və bütün tələbələr bu dərsi keçməlidirlər. Bütün tələbələr bilməlidirlər ki, qorunmanın prinsipləri nələrdir, iqlim dəyişikliyinin azaldılması üçün hansı tədbirlər var və s. Yəni təhsildə biz çalışırıq ki, bütün tələbələri enerji sərfiyyatı və digər məsələlərlə bağlı effektivlik haqqında mümkün qədər çox məlumatlandıraq.

Tədqiqat sahəsində isə biz qorunma, əməkdaşlıq və davamlılıq məsələlərini prioritet hesab edən istənilən beynəlxalq universitetlə əməkdaşlığa açığıq".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri