Moldova Prezidenti: Rusiya Ermənistan hakimiyyətinə nəzarəti bərpa etməyə çalışacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Federasiyası regionda keçirilən son seçkilərdən sonra öz strategiyasını nəzərdən keçirir və müxtəlif ölkələrin, o cümlədən Moldova Respublikasının siyasi proseslərinə müdaxiləni davam etdirəcək.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.
Sanduya görə, Moskva diqqətini seçkilərin gözlənilən digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratik ölkələrə belə nəzarətini və təsirini qorumağa çalışır.
“Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Onlar seçkilərin keçiriləcəyi başqa ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar”, – Maya Sandu Rock FM radiosuna müsahibəsində qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Oktyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















