Icma.az
close
up
RU
“Molla Nəsrəddin yolu”na qovuşan gülüş

“Molla Nəsrəddin yolu”na qovuşan gülüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Soyuq bir qış günündə Ağdaşda dünyaya göz açmasına rəğmən, insanlarla isti münasibəti xarakter cizgisi olan Xeyrəddin Qoca xeyirxahlığı, doğma Qulbəndə kəndinin adına uyğun olaraq, yaxşılıqlara və sarıldığı qələmə qul bəndəliyi ilə hörmət-izzət qazanıb. Tanıtımına ehtiyac duyulmayan yazıçı, dramaturq, siyasi və dövlət xadimidir Xeyrəddin Qoca.

Ömrünün 75-ci zirvəsindən geri baxanda fərəhlənməli, qürur keçirməli tərcümeyi-halı gəlir göz önünə. Fəaliyyətinə “qələm fəhləliyi” – müxbirliklə başlayıb. Sonra YAP-ın məşhur “91-lər”inin üzvü, Milli Məclisin deputatı, neçə il Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycanın baş konsulu da olub, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə də təltif edilib, eyni zamanda, Prezidentin fərdi təqaüdçüsüdür, amma sadəliyi, səmimiliyi, sədaqəti ilə daha çox tanınır, seçilir, sevilir.

...Xeyrəddin Qocanın 75 illik yubileyi münasibətilə onun haqqında “Molla Nəsrəddin” yolu” adlı yeni kitabın çapdan çıxdığını bilincə oxumaq istədiyimizi söylədik. O da: “1–2 günə gətirərəm”, – dedi. Bir də gördük ki, toplunun nüsxələri ilə redaksiyamıza gəlib. Bax, belə sözünə düz adamdır Xeyrəddin Qoca. Yeni kitab onunla bağlı duyğu və düşüncələrimizi bir qədər də aydınlatdı, belə bir ziyalı dostumuzun olması ilə növbəti dəfə öyündük.

Gənc yazıçı Selcan Muradzadənin tərtibatı ilə “Mütərcim” nəşriyyatında çap olunan nəfis topluda son 10 ildə yazıçının haqqında dövrü mətbuatda dərc edilmiş məqalələr, həmçinin yubilyarın yeni hekayələri və pyesləri toplanıb. Bu barədə söz açmazdan öncə bir neçə kəlmə ilə kitabın niyə məhz “Molla Nəsrəddin” yolu” adlandırılmasına münasibətimizi bildirək. Uğurlu addır, çünki Xeyrəddin Qoca yaradıcılıq xisləti ilə daha çox elə “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısıdır. Yeri gəlmişkən, toplunun lap əvvəlində dahi bəstəkar, publisist Üzeyir bəy Hacıbəylinin belə bir deyimi verilib: “Molla Nəsrəddini öldürmək olsa da, Molla Nəsrəddinçiliyi öldürmək olmaz”. Görünən də budur ki, bu böyük məktəbi Xeyrəddin Qoca kimi layiqli davamçılar bu gün də yaşatmaqdadırlar.

Kitabda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Satirik qələmlə mübariz keşikdə”, akademik Nizami Cəfərovun fikirləri əks olunan “Akademik Nizami Cəfərovun dedikləri”, filologiya elmləri doktoru Gülbəniz Babayevanın, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayevin, Sərvaz Hüseynoğlunun dəyərli yazıları, bir sıra qələm adamlarının, elm, mədəniyyət, incəsənət xadimlərinin fikir, mülahizə və düşüncələri yer alıb.

Maraqlıdır ki, məqalələrin hamısında ümummilli lider Heydər Əliyevlə Xeyrəddin Qocanın unudulmaz, xoş münasibətləri və görüşləri haqqında fikirlər qırmızı xətlə keçir. Xatırladılır ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının təşəbbüskarlarından, Ulu öndəri o zaman ölkəni düşdüyü bəlalardan qurtarmaq üçün təkidlə hakimiyyətə qayıtmağa çağıran “91-lər”dən biri Xeyrəddin Qoca olub. O, Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis konfransında iştirak edib, Siyasi Şuranın üzvü seçilib, 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatına layiq görülüb.

Xeyrəddin Qoca 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər İstanbulda Azərbaycanın baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib. Təbii ki, unudulmaz dahi şəxsiyyətlə yaddaqalan görüşləri, cümləbəcümlə əzbər bildiyi söhbətləri olub və Xeyrəddin Qoca bütün bunlar barədə həm yazılarında, həm də təəssürat və xatirələrində sevgi ilə söz açıb. Burası da var ki, Heydər Əliyev heç də hər kəslə ünsiyyətdə olub, həsbi-hala girməzdi. Yalnız yaxından tanıdığı, saflığına bələd olduğu şəxslərə fikirlərini etibar edərdi. Müəlliflərin bu barədə qeydləri Xeyrəddin Qoca şəxsiyyətinin səciyyəvi portret cizgilərini təşkil edir və hər biri konkret fakt və bilgilərə söykənən elmi, eləcə də oçerkvari xarakter daşıyır.

Akademik İsa Həbibbəyli yazır: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik ədəbiyyatın əsas yaradıcılarından biri olan yazıçı-publisist Xeyrəddin Qoca artıq ölkəmizdə bu sahənin ən aparıcı simaları sırasındadır. Çətin və məsuliyyətli yaradıcılıq sahəsi olan satirik ədəbiyyatın böyük ənənələrinin yaşadılması və yeni tarixi dövrə uyğun olaraq yaradıcı şəkildə inkişaf etdirilməsi Xeyrəddin Qocanın ədəbiyyat sahəsindəki əsas uğurudur. O, əvvəlcə tənqidi xarakterli publisist məqalələr yazıb çap etdirməkdən tədricən satirik nəşrə keçmiş və bu istiqamətdə özünü tapmışdır. Artıq Azərbaycan ədəbi-elmi ictimaiyyəti Xeyrəddin Qocanı ciddi satirik yazıçı kimi yaxından tanıyır və onun satira yaradıcılığı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir”.

Ardınca Xeyrəddin Qoca Heydər Əliyevçilik – yeni azərbaycançılıq hərəkatına ürəklə bağlı olan, bu hərəkatın reallığına və gələcəyinə dərindən inanan vətənpərvər Azərbaycan ziyalısı kimi təqdim edilir. 150 illiyini qeyd etməyə hazırlaşdığımız milli mətbuat sahəsində keçdiyi yolun Xeyrəddin Qoca üçün ilk növbədə, həyatı və insanları daha yaxından tanımaq, habelə qələm vərdişləri qazanmaq baxımından böyük məktəbə çevrildiyi əsaslandırılır. Qeyd olunur ki, “Politexnik” qəzetinin müxbirliyindən, ayrı-ayrı qəzet redaksiyalarında daşıdığı baş redaktor müavini vəzifələrindən, “Dan ulduzu” və “Yeni Azərbaycan” qəzetlərinin baş redaktorluğunadək keçilən çətin və məsuliyyətli yolun təcrübəsi onun üçün təkcə qəzet materiallarını oxucuya çatdırmaqdan ötrü yox, həm də həyat materialını dərindən öyrənərək, yazıçı kimi təqdim etmək baxımından ciddi zəmin hazırlamışdır. Beləliklə, maarifçi dünyagörüşü, zəngin həyat təcrübəsi və mətbuat dünyası Xeyrəddin Qocanı yaradıcılıqda və ictimai fəaliyyətdə tanıdan başlıca amil olub.

Akademik Nizami Cəfərov yazır: “O çox səmimi jurnalist, ictimai xadim və ədəbiyyat adamıdır. Bu, onu fərqləndirən xüsusiyyətlərdəndir... Xeyrəddin Qoca zarafat etməkdən çəkinmir və onun ədəbi, yazıçı kimi zarafatlarının mühüm xüsusiyyətlərindən biri odur ki, zarafatlarına birinci növbədə ən çox özü gülür”.

Kitabdakı yazısında Sərvaz Hüseynoğlu Xalq yazıçısı Anarın bir fikrini çox yerində işlədib: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur”. – Daha bir xarakter cizgisi!

“Molla Nəsrəddin” yolu” kitabında yazıçının 40-a yaxın yeni hekayəsi, “Zamanın ruzigarı”, “Bu da axırı..” adlı pyesləri, səhnələşdirilmiş əsərlərinin afişaları, bəzi tamaşalarından səhnələr, ona həsr olunmuş “Dostluq şarj”ları, satirik hekayələrinə çəkilmiş gülüş dolu illüstrasiyalar kitabın məziyyətlərini daha da artırır. Elə hekayələrinin adlarını oxuyan kimi adam bu kitaba sarılmaya bilmir. Bir neçəsini yada salaq: “Abırlı maşın”, “Bəs yuxarıdakıların yedikləri?”, “Yaltaqlardan vergi”, “Lenin diridir, yoxsa ölü?”, “Müfəttişin payı”, “Mırt” və sair. Yazıçının yeni hekayələri 10 il əvvəl çıxmış “Xeyrəddin Qocanın gülüşü” miniatür kitabını da yadımıza saldı. O vaxt həmkarımız Tahir Aydınoğlu yazmışdı ki, kitab həcmcə ovuca yerləşsə də, içərisində bir dünya gülüş yer alıb. Onu da xatırladıq ki, Xeyrəddin Qocanı satirik ruhuna görə kimi Nəsrəddin Xocaya, kimi Əziz Nesinə, kimi Anton Çexova, kimi də Əbdürrəhim bəy Haqverdiyevə bənzədir. O isə məhz özünəməxsus mənalı gülüş yarada bilir. Bu baxımdan yazıçı Kamran Nəzirlinin kitab üçün qələmə aldığı məqaləni “Allah səni güldürsün, Xeyrəddin!” adlandırması təbii təsir bağışlayır.

Biz də qələm dostumuz və qəzetimizin dostu olan Xeyrəddin Qocaya hər zamankı kimi, mənalı şəkildə gülməyi və güldürməyi arzu edirik.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see360

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see324

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see266

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see254

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see247

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see238

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see233

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see229

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see228

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see228

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see226

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see223

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see220

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see219

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see203

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see202

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see184

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri