Icma.az
close
up
RU
Molla rejiminin propaqanda ruporu “Səhər” kanalı yenə zəhər saçır

Molla rejiminin propaqanda ruporu “Səhər” kanalı yenə zəhər saçır

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir. Artıq 11-ci gündür ki, paytaxt Tehran da daxil olmaqla İranın bütün şəhərlərini etiraz dalğası bürüyüb. Molla rejiminin repressiyalarından, cəhalət və səfalətdən tənə gələn xalq küçələrə axışaraq azadlıq tələb edir. Düzdür, bu tələb xalqa baha başa gəlir. Kütləvi etirazları qəbul etmək istəməyən molla rejimi onlara qarşı çox amansız davranır. Aksiyalar başlayandan bu günə qədər 30-dan çox etirazçı rejim tərəfindən öldürülüb, minlərlə insan həbs olunub. Lakin bütün bunlar xalqın azadlıq tələbini boğa bilmir və etirazların əhatə dairəsi hər gün genişlənir.  

İranda baş verən etirazlar və bu etirazlara qarşı olan zorakılıqlar ölkənin heç bir media qurumunda, televiziyasında yayımlanmır. Dünya ictimaiyyəti İranda baş verənləri yalnız sosial şəbəkələrdən izləyir. 

"Səhər" kanalı susur...

Azərbaycanda ötən illərdə baş tutmayan aksiya cəhdlərini "İnqilab Dalğası" kimi təqdim edən "Səhər" kanalı 11 gündür ölkəsinin bütün şəhərlərini bürüyən kütləvi etirazları niyə işıqlandırmır?

Azərbaycanda bir nəfərin burnu qanıyan kimi onu xüsusi buraxılışla efirə verən "Səhər" televiziyası molla rejimi tərəfindən öldürülən etirazçılardan niyə danışmır?

Azərbaycanda təxribat törətdikləri üçün həbs edilən “ruhanilər”ə azadlıq tələb edən “Səhər” kanalı İranda günahsız yerə həbs olunan minlərlə insanın taleyi ilə niyə maraqlanmır?

Çünki bu kanal molla rejiminin propaqanda ruporudur!

Bəli, SEPAH tərəfindən idarə olunan “Səhər” kanalını daha yaxından tanıyaq...

İranın fars-molla rejimi guya əsarətində saxladığı cənublu soydaşlarımızı "düşünərək" Azərbaycan dilində dövlət kanalı təsis ediblər. Lakin bu kanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Hətta cənublu soydaşlarımız öz aralarında “Səhər” televiziyasını “Zəhər televiziyası” da adlandırırlar. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Bu telekanalın yaradılmasının əsas məqsədi məhz bundan ibarətdir. 

Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. SEPAH tərəfindən idarə olunan “Səhər” telekanalının efirində isə Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır.

Fars-molla rejimi bunları görə-görə susursa, heç bir tədbir görmürsə, demək ki, Azərbaycana qarşı aparılan propaqandanın ruporu elə o özüdür!

(Lent.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri