Icma.az
close
up
RU
Moskva iz azdırır, yoxsa... Bakıya qarşı ikibaşlı OYUN

Moskva iz azdırır, yoxsa... Bakıya qarşı ikibaşlı OYUN

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada Azərbaycan əleyhinə səsləndirilən təxribatçı və təhdidkar fikirlərdən sonra Moskvanın verdiyi mesaj diqqət çəkir. Rusiya Xarici İşlər Nazirliyinin “özəl şəxslərin açıqlamaları Moskvanın Azərbaycana münasibətini əks etdirmir” mövqeyi ilk baxışdan məsuliyyətdən yayınmaq cəhdi kimi görünə bilər.
Lakin məsələnin başqa tərəfi də var: Moskva bununla Bakı ilə münasibətləri yenidən gərginləşdirmək istəmədiyini də göstərməyə çalışır.
18 avqustda Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfirini çağıraraq etiraz bildirməsi fonunda hadisələrin inkişafı da təsadüfi görünmür. Söhbət sadəcə bir şəxsin emosional çıxışından getmir. Çünki həmin şəxslərdən biri – Aleksey Çadayev – müəyyən müddətə qədər Rusiya nəqliyyat nazirinin müşaviri olub. Belə statusda olan şəxsin qonşu dövlətə qarşı “cəzalandırma” çağırışları etməsi istər-istəməz onun sözlərinin arxasında dövlət mövqeyinin olub-olmaması sualını doğurur.

Moskva isə indi açıq şəkildə məsafə qoyur: bu açıqlamalar dövlətin mövqeyi deyil. Ardınca isə Çadayevin müşavir postundan getməsi gəlir. Bu, Rusiyanın həmin ritorikanı siyasi xəttə çevirmək niyyətində olmadığını göstərən mühüm siqnaldır. Amma burada daha mürəkkəb məsələ var. Bakı belə şəxslərin Azərbaycana qarşı səsləndirdiyi ağır təhdidlərə görə onların məsuliyyətə cəlb olunmasını və ya Azərbaycana təhvil verilməsini gözləyə bilər. Lakin Moskvanın bu şəxsləri Bakıya təhvil verəcəyi real görünmür. Rusiya öz vətəndaşlarını, xüsusilə də siyasi və ictimai çevrələrdə tanınan şəxsləri xarici dövlətin tələbi ilə təhvil vermək yolunu seçməyə bilər.
Deməli, Moskvanın qarşısında iki seçim qalır: ya bu şəxslərin sərsəm və təxribatçı bəyanatlarını öz siyasi xəttinin bir hissəsi kimi qəbul etmək, ya da onlardan məsafə saxlayaraq məsuliyyəti dövlət səviyyəsindən uzaqlaşdırmaq. Hazırkı mənzərə ikinci variantın seçildiyini göstərir.
Bu isə əslində Bakıya verilən mesajdır: Moskva həmin şəxsləri təhvil verməyə bilər, amma onların dediklərinə görə Azərbaycanla münasibətləri daha da korlamaq da istəmir. Bəlkə də “Moskva iz azdırır, yoxsa...” sualının cavabı elə bundadır. Rusiya bir tərəfdən öz vətəndaşlarını qoruyur, digər tərəfdən isə onların məsuliyyətsiz açıqlamalarının dövlətlərarası münasibətlərə çevrilməsinə imkan verməməyə çalışır.
İndi əsas məsələ Moskvanın bu mövqeyinin praktiki addımlarla nə qədər təsdiqlənəcəyidir. Çünki diplomatik münasibətlərdə sözlərdən daha vacib olan, həmin sözlərin arxasınca gələn davranışdır.

Musavat.com-a son baş verənləri şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, əvvəla, Rusiya öz vətəndaşlarını Azərbaycana təhvil verməz. Buna səbəb olaraq qonşu ölkənun qəbul etdiyi qanunları göstərən hüquqşünasın fikrincə, ən yaxşı halda cəza vəzifədən uzaqlaşdırmaq ola bilər. 
Xəyal Bəşirov inanmır ki, son təxribatçı hədyanları səsləndirənlər özfəaliyyət nümayiş etdirib: “Sadəcə, rəsmi Moskva fərqli açıqlama verə bilməzdi. Xarici İşlər Nazirliyi necə təsdiqləsin ki, həmin şəxslər təlimat əsasında danışıblar?! Ona görə də bəsit bir mövqe sərgiləməklə məsuliyyəti yaxasından kənara çəkmək cəhdi göz qabağındadır. Amma Azərbaycan Rusiyadan verilən rəsmi bəyanatla kifayətlənməli deyil. Biz 2022-ci il, fevralın 22-də imzalanmış Moskva bəyannaməsini hər dəfə qarşı tərəfin yadına salmalıyıq. Bu deklorasiya qarşılıqlı müttəfiqlik haqqında sənəddir və orada öhdəliklər var”.
Hüquqşünas həmin bəyannamənin elə birinci müddəasını xatırladıb: “Orada deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.


Siyasi şərhçi bildirib ki, sözügedən şəxslər isə müstəqilliyimizə dil uzadıb və Azərbaycan ictimaiyyət onların özbaşınalıq etdiklərinə qətiyyən inanmır, əksinə, bunu Kremldəki dairələrdən verilən sifariş kimi dəyərləndirir. Onun sözlərinə görə, 43 maddəlik Moskva bəyannaməsinin ən mühüm bəndlərindən biri 18-cidir. 
Xəyal Bəşirov xatırladıb ki, həmin razılaşamya əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər:
“Bu bənd birbaşa son baş verənlərin fonunda yenidən akutallaşır. Rusiya üçün müttəfiqlik görünür ki, əhəmiyyətsiz sayılır. Amma Kreml getdikcə mövqeyini və nüfuzunu itirməkdə olduğunu anlamalıdır. Təkcə rəsmi açıqlama verərək məsuliyyəti boynundan atmaq yetərli deyil, bu hallara son qoyulması vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Avqust 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri