Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva vilayətində yerləşən Balaşixa şəhərinin Jeleznodorojnı mikrorayonunda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, güclü yağışdan sonra ərazidə "qara yağış" izləri müşahidə edilib. Sakinlər avtomobillərin kuzovlarında, pəncərə səthlərində və geyimlərdə qara rəngli çöküntülərin qaldığını bildiriblər.
Hadisənin yanıq qoxusu ilə müşayiət olunduğu və çöküntülərin vizual olaraq neft məhsullarına bənzədiyi qeyd olunur.
Bəzi ehtimallara görə, bu vəziyyətin Moskva neft emalı zavodunda baş vermiş yanğınla əlaqəli ola biləcəyi bildirilir. Lakin bu iddia rəsmi şəkildə təsdiqlənməyib və araşdırma davam edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 İyun 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















