Moskvadan Bakıya 14 günlük kruiz Yeni marşrut hazırlanır
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxın zamanda Moskva ilə Bakı arasında kruiz səyahətinin təşkili planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov “Zvezda” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, lüks səviyyəli laynerdə həyata keçirilməsi planlaşdırılan səyahətin müddəti hər istiqamətdə 7 gün olmaqla, təxminən 14 gün təşkil edəcək.
Hakimov layihənin Rusiya dövlətinin dəstəyi ilə, o cümlədən Rusiyanın Sənaye və Ticarət Nazirliyinin subsidiyaları hesabına həyata keçiriləcəyini deyib.
Məlumata görə, ilkin mərhələdə bir laynerdən istifadə olunması nəzərdə tutulur, marşrutun uğurlu olacağı təqdirdə isə ona daha iki gəmi qoşula bilər.
Kruizlərin başlama tarixi hələlik açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 31 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















