Icma.az
close
up
RU
Mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələr onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir DEPUTAT

Mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələr onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir DEPUTAT

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələr onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir" - DEPUTAT

Azərbaycan Beynəlxalq idman məkanına çevrilir. Hər il olduğu kimi, Azərbaycan idmanı üçün 2024-cü il də uğurlu il olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər və 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Xüsusilə gənc nəslin yetişdirilməsi və vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var.

2024-cü ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi. İdmançılarımız burada da tarixi nəticə əldə etmişdir. Qeyd edim ki, Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bunu idmanımız üçün ən yüksək nəticə hesab etmək olar. Bildirim ki, bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edir, onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Xüsusi vurğulayım ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.

   Bakı şəhərində gənclərimiz idmanla məşğul olmaq üçün müasir idman infrastrukturlarımız vardır. Hazırda, mötəbər tədbirlər keçirmək üçüm təxminən 10 il bundan öncə Olimpiya Stadionu inşa edilmişdir. Paytaxtla yanaşı, bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və işğal altından azad edilmiş bölgələrdə də idmanın kütləviliyinin artırılması üçün yeni Olimpiya İdman Komplekslərinin açılması nəzərdə tutulmuşdur.   

Hər birimizə məlum olduğu kimi, 2025-ci ildə üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcəkdir. Yarışların keçirilməsi üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcəkdir. Gəncə ölkəmizdə ikinci ən böyük və tarixi əhəmiyyətə malik qədim şəhərdir. Beləliklə, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaqdır. Hazırda, Gəncə şəhərində  yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcəkdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncə şəhərində ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. 

Qeyd edim ki, ölkəmizdə demək olar ki hər il belə mötəbər tədbirlərin keçirilməsi və tarixi qələbələrin əldə olunması onu göstərir ki, Azərbaycan Beynəlxalq idman məkanına çevrilir.

Şahin Seyidzadə

Milli Məclisin deputatı


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 27 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri