Moto sürücüsü svetoforda “Lexus”la toqquşdu; özü öldü, 3 nəfər yaralandı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet sürücüsü svetoforun qırmızı işığından keçərək yol kəsişməsində “Lexus”la toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan motosiklet sürüklənərək səkidə dayanan 3 nəfəri vurub.
Yerli medianın məlumatına görə, qəza nəticəsində motosiklet sürücü aldığı xəsarətlərdən ölüb, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Baxış sayı:90
Bu xəbər 16 Sentyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















