Motosikletlə qırmızıda keçən gənclər canlarından oldu: Qız öldü, oğlanın ayaqları kəsildi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza iyulun 20-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün işıqforun qırmızı işığında hərəkət etməsi olub. Hadisə zamanı sükanı buraxan sürücü qadınlə birgə sərnişin yola yıxılıb. Bir müddət öz-özünə hərəkət edən motosiklet daha sonra dəmir maneəyə çırpılaraq aşıb. Aldığı zərbənin təsirindən sərnişin - İnci adlı gənc qız hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan sürücü isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Məlumata görə, ayaqları amputasiya olunub və hazırda reanimasiyadadır.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















