Mourinyo Qalatasaray ın futbolçularını meymuna bənzətdi
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Superliqasının 25-ci turunda "Qalatasaray"la keçirilən oyundan sonra rəqib futbolçularının ünvanına sərt ifadələr işlədib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında türkiyəli hakimləri də tənqid edib:
"Rəqibin azarkeşlərinin 20-ci saniyədə etməyə çalışdıqları ilk iş 18 yaşlı futbolçumuza sarı vərəqə göstərmək oldu. Türkiyəli hakim olsaydı, matçın əvvəlində Yusifə vərəqə göstərilərdi və mən də onu oyundan çıxarmalı olardım. Hakimə təşəkkür etməliyəm. Çünki rəqib skamyasında oturanların hamısı Yusufa kart gösərilməsi üçün meymun kimi tullanırdılar. Yusuf yüksək səviyyəli oyunçudur.
Matçdan sonra hakimlər otağına getdim. Slavko Vinçiçə buraya gəldiklərinə və bu böyük matçı idarə etdiklərinə görə təşəkkür etdim. Türkiyəli hakim də orada idi. Sonra ona dönüb dedim ki, əgər bu oyunu türkiyəli hakim idarə etsəydi, fəlakət olardı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















