Mövsümdənkənar məhsullar alınarkən keyfiyyət sertifikatları yoxlanılmalıdır” Mütəxəssis
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
«Mövsümdənkənar məhsullar alınarkən isə mənşəyi və keyfiyyət sertifikatları yoxlanılmalıdır. Parlaq görünüşlü, qoxusuz, normadan böyük və dadsız olan çiyələklərin istehlakı məsləhət görülmür. Xüsusilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu cür məhsullardan ehtiyatla istifadə etməlidirlər. Çünki bu məhsullar allergik reaksiyalara, mövcud xəstəliklərin kəskinləşməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib. Onun sözlərinə görə, çiyələyi mümkün qədər öz mövsümündə istehlak etmək daha məqsədəuyğundur:
“Məhsul alarkən onun diqqətlə seçilməsi, istifadədən əvvəl yaxşı yuyulması vacibdir. Bəzi hallarda çiyələyi suda, sirkəli və ya sodalı məhlulda saxlamaq tövsiyə olunsa da, bu üsullar kimyəvi qalıqları tam aradan qaldırmaya bilər. Ümumilikdə, istehlakçılara tövsiyə olunur ki, seçim edərkən yalnız qiymətə deyil, məhsulun keyfiyyətinə, mənşəyinə və mövsümi olmasına diqqət yetirsinlər”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















