Icma.az
close
up
RU
Mövsümi viruslara yoluxma halları artıb

Mövsümi viruslara yoluxma halları artıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Havalar soyuyur, yağışlar başlayır, payızın ətri gəlir. Son günlərdə havanın tempraturunda 10 dərəcəyə qədər azalma müşahidə olunur. Bu isə həm böyüklərin, həm də uşaqların sağlamlığına təsirsiz ötüşmür.

Hidrometeoroloqlar temperaturun kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq edirlər. Həkimlər də öz növbələrində insanlara çağırış edib onları mövsümi infeksiyalardan qorunmağa çağırırlar. Bildirirlər ki, xüsusilə belə havalarda orqanizm kəskin hava dəyişikliyinə adaptasiya olmaqda çətinlik çəkdiyi üçün infeksiyalara daha tez yoluxur. Məhz buna görə qrip, rinovirus, adenovirus və digər respirator viruslara yoluxma halları xeyli dərəcədə artır.

Sabunçu rayonu, 22 saylı şəhər poliklinikasının ailə həkimi İradə Əzizova bizimlə söhbətində bildirdi ki, mövsümi virusların əsasən hava-damcı yolu ilə – yoluxmuş şəxs öskürərkən, asqırarkən və ya danışarkən virus hissəcikləri ilə ətraf mühitə yayılması məlumdur. İnfeksiya ilə çirklənmiş səthlərə əllə toxunduqdan sonra həmin əlin ağız, burun və gözlə təması nəticəsində də yoluxma baş verə bilər. Həkim virusa yoluxmanın əlamətlərindən danışarkən bildirdi: 

– Mövsümi viruslara yoluxma zamanı ilkin olaraq halsızlıq, yorğunluq, sümük ağrıları hiss edilir. Virus infeksiyalarının digər ən çox rast gəlinən simptomları isə burun axması və ya tutulması, boğaz ağrısı, öskürək, hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, ümumi halsızlıq və yorğunluq, bəzi hallarda ürəkbulanma və iştahsızlıqdır. 

 Viruslardan qorunmağın sadə yolları barədə məlumat verən həkim qeyd etdi ki, insanın infeksiyaya voluxması onun immunitetindən asılıdır. Vaxtında görülən profilaktik tədbirlər bədənin müqavimətinin dəstəklənməsinə və virusların orqanizmə təsirinin daha yüngül keçməsinə kömək edə bilər.

Bununla bərabər əl gigiyenasına diqqət edilməlidir. Əllərin müntəzəm olaraq sabunla yuyulması virusların yayılmasının qarşısını almağın ən sadə və təsirli üsullarından biridir. İctimai yerlərdən qayıtdıqdan sonra və yeməkdən əvvəl əllərin təmizlənməsi xüsusilə vacibdir.

Virusa yoluxmamağın bir yolu da qapalı məkanların tez-tez havalandırılmasıdır. Məlumdur ki, yay fəslindən fərqli olaraq payızda, havaların temperaturu aşağı düşdükcə iş otaqlarında, eləcə də mənzillərdə pəncərələr adətən örtülü olur və daha az açılır. Nəticədə viruslar həmin qapalı mühitlərdə daha uzun müddət qala bilir. Otaqların gündə bir neçə dəfə havalandırılması və optimal rütubətin qorunması yoluxma riskini azaldır.

İ.Əzizova, həmçinin vurğuladı ki,  xəstə insanlarla yaxın təmasdan çəkinmək də yoluxmanın qarşısını alır. Xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasın məhdudlaşdırılması və zəruri hallarda maskadan istifadə yoluxma riskini azalda bilər.

İstirahət, qidalanma, normal yuxu rejimi və müntəzəm fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir. Meyvə, tərəvəz, balıq, yumurta və vitaminlərlə zəngin qidaların qəbulu xüsusilə faydalıdır. İnsanın immuniteti nə qədər güclü olsa, onun virusa yoluxma ehtimalı o qədər azalır.

Sonda həkim diqqətə çatdırdı ki,  virusa yoluxma müəyyən edildikdən sonra – yəni işləyənlər özlərində hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıq kimi əlamətlər müşahidə etdikdə işə getməməli,  evdə dincəlməli və bol maye qəbul etməlidir. Yağlı, qızardılmış və ağır yeməklərdən çəkinmək, qidalanmada  meyvə- tərəvəzlərə və duru yeməklərə üstünlük verməkdə fayda var.

Ehtiyac olmadan özünü müalicə tövsiyə olunmur.  Belə ki, həkim məsləhət görmədiyi halda antibiotik istifadə etmək olmaz. Çünki antibiotiklərdən əsassız istifadə etmək əlavə sağlamlıq problemlərinə səbəb ola bilər. 

Hazırda havaların soyuması ilə bağlı xəstə çağırışlarının sayı artıb. Onların arasında kiçik yaşlı uşaqlar da var, yaşı 60-dan yuxarı olanlar da. Fəsildən fəslə keçdikcə viruslara yoluxma hallarının artmasında təhlükəli  və qeyri-adi heç nə yoxdur. Bundan həyəcanlanmağa dəyməz, hər il baş qaldıran mövsümi infeksiyalardır. Sadəcə hər kəs öz sağlamlığını düşünməli, virusa yoluxmamaq üçün lazım olan ehtiyat tədbirlərinə əməl etməlidir.      

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri