Icma.az
close
up
RU
Mövsümün beş uğursuz transferi TƏHLİL

Mövsümün beş uğursuz transferi TƏHLİL

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövsüm sonuna çatdıq və klubların yayda etdiyi transferlərin real faydası daha aydın göründü. Son mövsümdə ümidləri doğrultmayan onlarla futbolçu var ki, belələri üçün xərclənən pul, sadəcə, havaya sovruldu.

Bu yazıda 2024/25 mövsümündə premyer-liqaya böyük ümidlərlə gətirilsə də, gözlənilən faydanı verməyən 5 transferi xatırladacağıq.
1. İvan Lepinitsa (Sabah) 
2024-cü ilin yayında Xorvatiyanın “Slaven Belupo” klubundan 500 min avroya gətirilən Lepinitsa əslində mövsümə pis başlamadı. Amma yaxşı başlanğıc başqadı, mövsüm boyunca sabit oyun göstərmək başqa. Yarımmüdafiəçi cəmi 10 oyunda iştirak etdi, yalnız 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Oktyabrda “Zirə” ilə matçda aldığı ağır zədə isə onun ümidləri ilə bərabər klubun da planlarını alt-üst etdi. Nəticədə bu transfer daha çox “israf olunmuş yatırım” kimi yadda qaldı.
2. Silvanus Nimeli (Sumqayıt)
Liberiyalı hücumçu böyük ümidlərlə, 600 min avro bazar dəyəri ilə “Sumqayıt”a gətirildi. Amma gözləntilər az qala sıfır nəticə ilə qarşılandı. Premyer-liqada oynadığı dəqiqələr sayılacaq qədər az olan Nimeli nə qol, nə də ötürmə ilə yadda qaldı. Onu da qiymətinə görə “vaxtını doldurub pul yandıran” transfer kimi qiymətləndirmək olar.
3. Rafael Quzzo (Neftçi)
“Neftçi”nin yay transfer planında əsas müdafiə dayağı kimi nəzərdə tutulan Rafael Quzzo da gözləniləni verə bilmədi. 400 min avroya gətirilən 26 yaşlı braziliyalı stopper mövsüm ərzində 15 oyunda çıxış etsə də, yalnız 10-da start heyətində yer aldı. Oyun müddəti 900 dəqiqə ilə məhdudlaşdı. Qol və assist göstəricisi sıfır olan futbolçu meydanda liderlik keyfiyyətləri göstərə bilmədi və nəticədə “sakit, amma səssiz” bir transfer kimi yadda qaldı. Ümumi mənzərə onun bu mövsüm komandasına gözlənilən səviyyədə fayda verə bilmədiyini göstərdi.
4. Ramil Şeydayev (Neftçi)
Yerli ulduz statusuna malik Şeydayevdən “Neftçi”də möhtəşəm dönüş gözlənilirdi. Amma rəqəmlər tam fərqli danışır: 24 oyun, 1573 dəqiqə, cəmi 4 qol (onlardan biri penaltidən), 0 assist. Fiziki hazırlıq və psixoloji motivasiya baxımından da bəzi suallar doğuran çıxışı ilə Şeydayev bu mövsüm gözləntilərin çox gerisində qaldı. Təəssüf ki, bu da onu uğursuz transferlər siyahısına salır.
5. Neqoş Kupusoviç (Sabah)
300 min avroya transfer edilən serbiyalı hücumçu mövsüm ərzində nəinki komandanın hücumuna rəng qata bilmədi, əksinə, bir çox matçda gözdən itdiyinin fərqinə belə varılmadı. 17 oyunda 1 qol — bəli, yalnız 1! Oyun tempi zəif, qərarları gec, təsiri isə demək olar ki, yox. Bu transfer də bir növ “düşük profil” etiketini haqq etdi.
Bu siyahı bir şeyi sübut edir: ad və məbləğ həmişə uğura təminat vermir. Zədə, uyğunlaşma, oyun sistemi və motivasiya çatışmazlığı futbolçunun dəyərini də, nüfuzunu da yerlə yeksan edə bilir.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see658

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see419

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see294

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see293

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see248

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see246

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see225

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see218

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see214

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see203

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see195

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see177

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see174

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see169

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see167

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see166

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see162

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see157

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see157

Bakı metrosunda dəyişiklik...

18 Avqust 2026 10:16see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri