Icma.az
close
up
RU
Müalicəvi reyhan çayı. RESEPT

Müalicəvi reyhan çayı. RESEPT

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Reyhan adi göyərti deyil, bu əsl müalicəvi bitkidir. Reyhan haqqında məlumatlar dahi İbn Sinanın elmi işlərində tapılıb.

Saglamolun.az bildirir ki, İbn Sina bu bitkidən sinir sistemi xəstəlikləri, yuxusuzluq zamanı istifadə etməyi tövsiyə edirdi.

Reyhan yorğunluq zamanı orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, stress və gərginlik zamanı əksinə sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxunu tənzimləyir.

Qədim zamanlarda reyhan əsasında müalicəvi dəmləmələr çox geniş istifadə olunurdu. Belə dəmləmələrin köməyi ilə tənəffüs və sinir sistemi xəstəlikləri, bağırsaq spazmları, baş və menstruasiya ağrıları, kişilərdə impotensiyanı və s.  müalicə edirdilər. Hal hazırda da reyhan çayı Hindistanda və bəzi digər Asiya ölkələrində ənənəvi və həmçinin müqəddəs içki, "Tanrı içkisi" sayılır.

Sizə müalicəvi reyhan çayının reseptini təqdim edirik.

- 4-5 yarpaq reyhan

- 2-3 yarpaq nanə

- 1 ədəd mixək (əzilir)

- 1 ədəd hil (əzilir)

- 1 dilim limon

- bal (zövqə görə)

Hazırlanması:

Reyhan, nanə, hil və mixək 1 stəkan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 dilim limon və zövqə görə bal əlavə olunur.

Çay orqanizmə ümumimöhkəmləndirici və müalicəvi təsir edir - spazmları və iltihabları azaldır, mikrobları öldürür, immun sistemini möhkəmləndirir, sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğu müalicə edir, mədə-bağırsaq və ürək-damar sisteminə müsbət təsir edir, beynin fəaliyyətini yaxşılaşdırır.

Həmçinin belə çay antioksidantlarla zəngin olduğundan orqanizmi xərçəng xəstəliklərinin inkişafından qoruyur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri