Icma.az
close
up
RU
Müasirlik adı altında mənəvi deqradasiyaya sürüklənmə

Müasirlik adı altında mənəvi deqradasiyaya sürüklənmə

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir, nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq”- İlham Əliyev

Son dövrlərdə cəmiyyətimizdə bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərə qarşı hücumlar artıb. Bu hücumları təşkil edənlər əxlaqi kriteriyalara, mənəvi dəyərlərə qarşı təbliğat aparır, öz əxlaqını, vicdanını, namusunu- ailə dəyərlərini qoruyan insanlara geridəqalmış kimi baxırlar.

Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu?

Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda sanballı əsərləri var.

Qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkiafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırırlar. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, Qərb ölkələri mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.

Lakin bir ağıllı çıxıb onlara Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, yaponların timsalında bir xalq öz dəyərlərini, mədəniyyətini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Daha bir belə nümunə kimi Çini göstərmək olar. Tərslikdən də, Çin və Yaponiya Qərbdə yox, Şərqdə yerləşirlər. Deməli, elmi-texnoloji, sosial-iqtisadi inkişaf üşün heç də Qərbin mənəvi kriteriyalarını qəbul etmək vacib deyil. Beləliklə, Qərb dairələrindən ayrılan qrantlarla təşkil olunan "azad qadın" aksiyalarının nə məqsədə xidmət etdiyi aydındır. Qısası, bu arqumentə bir quş.

İnsan hüquqları, yoxsa anarxik əxlaqi deqradasiya?

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə sırınan dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr kimsə tərəfindən əzilirmi? Psixi xəstələr tərəfindən edilən tək-tük kriminal hərəkətləri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə onlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi kommersiya TV-lərində, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə qeyri-qanuni münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə, valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun tərbiyəsinin pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Məgər valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki, mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm? Xeyr, bunlar hüquq deyil, anarxiyadır, mənəvi deqradasiyanın kulminasiyasıdır. Kəsəsi, bu arqumentə də bir quş.

Cinsi azlıqların üstün hüquqları olmalıdır?

İndi isə keçək yad dəyərlərin təbliğatçılarının ən yaralı yerlərindən birinə- cinsi azlıqların hüquqları məsələsinə. Bizim cəmiyyətdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da ictimai yerlərdən qovulurmu? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Ən əsası, onlar digər vətəndaşların istifadə etdiyi bütün sosial və sair hüquqlardan yararlanırlar. Bəlkə onlara, eyni işə görə normal adamlardan az maaş verilir, bəlkə onlar əmlak, sosial təminat, əmək hüququ məsələlərində ayrı-seçkiliyə məruz qalırlar? Xeyr.

Yaxşı, bəs onda nə deyib bizim ailə institutumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bu işlə ciddi məşğul olan şəbəkənin nümayəndələrindən soruşanda boğazları quruyur.

Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi-əxlaqi dəyərlər maddi nemətlərdən istifadə, iqtisadi inkişaf, sosial ədalət, elmi-texniki tərəqqi üçün problem yaradır? Yuxarıdakı nümunələrdə gördüyümüz kimi, yaratmır!

Deməli, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərlər sistemi var. Elmi-texnoloji, sosial-iqtisadi inkişafın bura heç bir dəxli yoxdur. Olsaydı, konservativ Yaponiya və ideoloji Çin ilə rasional Amerika və novator Avropa arasında bu sahələrdə fərq olardı. Bəs onda nə baş verir? Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş verdiyi müzakirə obyektidir.

Mənə şəxsən aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri yad mədəniyyətlərdənmi qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə misal üçün Sovet dövründə, həm dəyərlər qorunurdu, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi? Elə indi də, milli-mənəvi dəylərlərimiz elmi-texniki inkişafımıza heç bir problem yaratmır.

Əxlaqsızlığın təbliğinə görə sərt cəzalanma olmalıdır

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği, hətta internetdə təhqir qadağandırsa, onda fahişəliyin təbliği də qanunla qadağan olunmalıdır. Mətbuat Şurası, Milli Teleradio Şurası mediada mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görməlidir. Bu, bir milli təhlükəsizliik məsələsidir.

Dövlətimiz milli-mənəvi ideoloji baza üzərində inkişaf siyasəti yürüdür. Bu siyasət milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Yazımı Prezident İlham Əliyevin bu məsələlərə həsr olunmuş çıxışından bir fraza ilə yekun vurmaq istərdim:

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun...

Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə, indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan belə inkişaf etməlidir... Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq”...

Məncə əlavə şərhə ehtiyac yoxdur.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri