Icma.az
close
up
RU
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” Ekspert

“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” Ekspert

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Bu gün 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.

Yeniavaz.com xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Müqayisə üçün bildirək ki, bu il yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat olub.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında deyib ki, yaşayış minimumunun 15 manat və ya 5,5% artırılması başa düşüləndir:

“Bildiyimiz kimi, açıqlanan son məlumata görə, ölkədə rəsmi inflyasiya 3,4% olub. Lakin, yaşayış minimumuna paralel olaraq yaşa görə müavinət də artırılmalıdır. Pensiyaçılar üçün yaşayış minimumu 232 manat olacaq. Yaşa görə müavinət alan şəxslərdə faktiki olaraq pensiya yaşına çatmış şəxslərdir və eyni zamanda heç bir yerdə işləməyən şəxslərdir. Buna görə də yaşa görə müavinətin məbləği də yanvar ayının 1-dən ən azı yaşayış minimum səviyyəsində olmalıdır. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.2.-ci bəndində yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1.-ci bəndində isə yazılır ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsə sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimumu həddində vəsait lazımdır. Bu vəsait bu il üçün 222 manat olub, gələn il də 232 manat olacaq. Belə olan halda yaşa görə müavinətin 220 manat olması başadüşülən deyil. Əgər, bir insan pensiya yaşına çatıb və 220 manat müavinət alırsa, heç bir yerdən də əlavə yardım almırsa, o zaman minimum səviyyədə yaşmağı üçün lazım olan əlavə 12 manatı haradan almalıdır?”

Allahverdi Aydın
İqtisadçı ekspert qeyd edib ki, hazırda Azərbaycanda 152 mindən çox yaşa görə müavinət alan şəxs var:

“Yaşa görə müavinət alan şəxslərin sayı son illər sürətlə artır. Bu şəxslərin minimum səviyyədə yaşaya bilməsi üçün müavinətlərin məbləği yaşayış minimumuna uyğun olmalıdır. Yaşayış minimumu ilə bağlı artımlar yanvar ayının 1-dən etibarən qüvvəyə minəcəyi üçün yaşa görə müavinətlər də növbəti bir ay ərzində artırılmalıdır. Əks halda 152 mindən çox insanın minimum səviyyədə yaşaması sual altına düşəck”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri