Icma.az
close
up
RU
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” Ekspert

“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” Ekspert

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bu gün 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Müqayisə üçün bildirək ki, bu il yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat olub.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında deyib ki, yaşayış minimumunun 15 manat və ya 5,5% artırılması başa düşüləndir:
“Bildiyimiz kimi, açıqlanan son məlumata görə, ölkədə rəsmi inflyasiya 3,4% olub. Lakin, yaşayış minimumuna paralel olaraq yaşa görə müavinət də artırılmalıdır. Pensiyaçılar üçün yaşayış minimumu 232 manat olacaq. Yaşa görə müavinət alan şəxslərdə faktiki olaraq pensiya yaşına çatmış şəxslərdir və eyni zamanda heç bir yerdə işləməyən şəxslərdir. Buna görə də yaşa görə müavinətin məbləği də yanvar ayının 1-dən ən azı yaşayış minimum səviyyəsində olmalıdır.  “Yaşayış minimumu haqqında” Qanunun 1.0.2.-ci bəndində yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1.-ci bəndində isə yazılır ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsə sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimumu həddində vəsait lazımdır. Bu vəsait bu il üçün 222 manat olub, gələn il də 232 manat olacaq. Belə olan halda yaşayış minimumunun 220 manat olması başadüşülən deyil. Əgər, bir insan pensiya yaşına çatıb və 220 manat müavinət alırsa, heç bir yerdən də əlavə yardım almırsa, o zaman minimum səviyyədə yaşmağı üçün lazım olan əlavə 12 manatı haradan almalıdır?”

Allahverdi Aydın
İqtisadçı ekspert qeyd edib ki, hazırda Azərbaycanda 152 mindən çox yaşa görə müavinət alan şəxs var:
“Yaşa görə müavinət alan şəxslərin sayı son illər sürətlə artır. Bu şəxslərin minimum səviyyədə yaşaya bilməsi üçün müavinətlərin məbləği yaşayış minimumuna uyğun olmalıdır. Yaşayış minimumu ilə bağlı artımlar yanvar ayının 1-dən etibarən qüvvəyə minəcəyi üçün yaşa görə müavinətlər də növbəti bir ay ərzində artırılmalıdır. Əks halda 152 mindən çox insanın minimum səviyyədə yaşaması sual altına düşəck”.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri