Icma.az
close
up
RU
Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır?

Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin təmin olunması üçün ən mühüm məsələlərdən biri dövlətlərarası sərhədlərin hüquqi və siyasi baxımdan dəqiq müəyyənləşdirilməsidir. Bu proses təkcə texniki xəritələşdirmə məsələsi deyil, eyni zamanda tərəflər arasında etimadın formalaşması, hüquqi baza və siyasi iradənin uzlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan sərhəd məsələsinin həlli regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Maraqlıdır, Azərbaycan–Ermənistan sərhədlərinin tam delimitasiya və demarkasiyası real olaraq hansı müddətdə başa çata bilər?

Ermənistan daxilində hakimiyyət dəyişikliyi olarsa, bu proses və sülh danışıqları tam dayanma nöqtəsinə gələ bilərmi?

Moderator.az-a mövzu ilə bağlı Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu açıqlama verib. 

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin tam delimitasiya və demarkasiya edilməsi uzun müddət davam edəcək bir prosesdir:

"Əgər seçkilərdən sonra uyğun şərtlər davam edərsə, əks təqdirdə bu məsələ öz-özlüyündə yenidən mürəkkəbləşə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında konkret sərhədlərin müəyyənləşdirilməsi bir qədər çətindir. Çünki iki ölkə arasında təqribən min kilometrə yaxın ərazidə sərhədlərin delimitasiya və demarkasiyasından söhbət gedir.

Ən əsası isə sərhədləri müəyyən edən, yəni demarkasiyanı həyata keçirən sənədlər çox müxtəlifdir və mübahisəlidir. Ona görə də ilk növbədə hansı sənədlərə istinad edilərək sərhədlərin delimitasiya və demarkasiyasının aparılacağı məsələsi, mənə elə gəlir ki, vahid bir sənəd əsasında müəyyənləşməyəcək. Çoxsaylı və fərqli dövrlərə aid müxtəlif sənədlərə istinad edilməli olacaq ki, bu da məsələnin daha da mürəkkəbləşməsinə səbəb olur.

Ona görə də buna uzunmüddətli proses kimi yanaşmaq lazımdır və nəzərə almaq lazımdır ki, tam delimitasiya və demarkasiya üçün hələ müəyyən hüquqi maneələr də mövcuddur".

Hikmət Babaoğlu vurğulayıb ki, biz bilirik ki, Ermənistanda keçirilən seçkilərdən sonra sülh müqaviləsinin imzalanması üçün konstitusion şərtlər dəyişməlidir:

"Ancaq bundan sonra, yəqin ki, yeni mərhələdə daha uzun xətt üzrə sərhədlərin delimitasiya və demarkasiyası baş verə bilər. Bu isə müəyyən vaxt aparacaqdır və həmin müddət qısa olmayacaqdır.

Ona görə də ilk növbədə, mənə elə gəlir ki, sülh şərtləri daha da dərinləşməli, bütün hüquqi maneələr aradan qaldırılmalıdır. Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələr bərpa olunmalıdır ki, yalnız bundan sonra sərhədlərin davamlı və ardıcıl şəkildə delimitasiya və demarkasiya edilməsi mümkün olsun".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 May 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri