Icma.az
close
up
RU
“Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək”

“Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək”

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib, bunu zəruri edən amillərə toxunub:

“Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır.

Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müahribəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev də də öz çıxışlarında bildirir ki, bu gün də Ermənistanla yanaşı, bəzi məkirli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır. Bu məqsədlə də anti-Azərbaycan qüvvələri, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar.

Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüynü  göstərir. Çünki sülh istəyən bir dövlətin bunca sürətlə silahlanması məntiqsizdir.

Aydındır ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmağa, öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur. Çünki həm işğal dönəmi, həm də 44 günlük Vətən müharibəi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi btövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqa deyil, öz hərbi qüdrətinə etibar etməlidir. Bu səbəbdən də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrin peşəkarlığını, maddi-texniki təchizatını yüksəltməkdədir.

Bir məqamı da qeyd etməliyik ki, Azərbaycan dövləti  müdafiə xərclərini artırmaqla yanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqın rifahının yaxşılaşması istiqamətində mühüm proyektlər həyata keçirməkdədir. Dövlətimizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı, iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çox şaxələndirməyə imkan verir. Ermənistan isə iqtisadai baxımdan acınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcəyi kreditlərin hesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maarqlarını təmin etmək üçün ona məyyən silahları təmənassız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı ilə Ermənistan dövlətinin sonu ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri