Icma.az
close
up
RU
Müdir qeyri iş saatlarında işçiyə zəng edə bilər?

Müdir qeyri iş saatlarında işçiyə zəng edə bilər?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İş münasibətlərində iş vaxtı ilə şəxsi həyat arasındakı sərhədlərin qorunması hər zaman aktual məsələlərdən olub. Xüsusilə, işəgötürənin qeyri-iş saatlarında işçi ilə əlaqə saxlaması məsələsi həm hüquqi, həm də etik baxımdan müzakirə olunur. Bu kontekstdə, işçinin istirahət hüququnun təmin olunması ilə işin tələbləri arasında balansın necə qurulacağı ön plana çıxır.

E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu mövzuya aydınlıq gətirib.

O bildirib ki, Azərbaycanın əmək qanunvericiliyinə görə, işçinin iş və istirahət vaxtı ayrıdır və iş vaxtından sonra işçi istirahət hüququndan istifadə edir.

Vəkilin sözlərinə görə, əgər işçi rəsmi növbətçilik rejimindədirsə, bu zaman işlə bağlı onunla əlaqə yaradılması yolveriləndir.

“Təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. Məhz bu səbəbdən iş vaxtından sonra işlərə cəlb olunma mümkündür. Məsələn, təbii fəlakətin, istehsalat qəzasının, fövqəladə halların qarşısının alınması, hərbi vəziyyət rejiminin təmin edilməsi, və yaxud malların itkisinin qarşısının alınması hallarında işçinin iş vaxtından artıq işlərə cəlb olunmasına yol verilir”, – T. Abdullazadə bildirib.

Vəkil vurğulayıb ki, yalnız sadalanan hallarda işəgötürən işçiyə zəng edə bilər: “Digər hallarda siz istirahət hüququndan istifadə edirsiniz və istirahətdə sayılırsınız. Ona görə də işəgötürənin sizi narahat etmək hüququ yoxdur”

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri