Icma.az
close
up
RU
Müəllimlər Günündə hər uşaqdan 60 manat pul yığıldı DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI

Müəllimlər Günündə hər uşaqdan 60 manat pul yığıldı DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar ən aktual olan şikayətlərdən biri də rüşvətlə bağlıdır. Bu dəfə də Səbail rayonunda yerləşən 132-134 nömrəli məktəbin valideynləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Onlar bildirirlər ki, son zamanlar müxtəlif təhsil ocaqlarında çalışan rüşvətxor direktor və müəllimlər işdən azad olunsalar da, hələ də direktor və müəllim heyəti arasında öz qanunsuz əməllərindən əl çəkməyənlər var:

"132-134 nömrəli məktəbdə də "rüşvət, rüşvət, yenə də rüşvət" deyirlər. Belə ki, valideyn qurupunda utanmadan, çəkinmədən "fond pulu" adı altında pul yığılır. Müəllimlər Günündə isə bütün valideynlərdən məcbur şəkildə pul yığıldı.

Şişirdilmiş məbləğlər artıq biz valideynləri cana doydurub. Sanki pulları gedib hardansa qucaq-qucaq yığıb gətiririk. 

Direktorun və müəllimlərin qərarlarına görə, uşaqlar sinif otağını bəzəməlidir. Bir sözlə, sinif otağı valideynlərin pulu ilə abadlaşdırılır. Narazılıq bildirəndə isə deyirlər ki, nazirlik və yaxud da məktəb siniflər üçün heçn ə vermir. Məhz bu səbəbdən də "fond pulu" yığıb, lazım olanları almalıyıq.

Müəllimlər Gününə yaxın isə pul yığılmasına 15-16 uşağın qatıldığını öyrənən müəllimlər sözün əsil mənasında əsəbləşiblər. Sinif müəlliməsi valideyn komitəsinə bildirib ki, “bu il buraxılış sinifidir, ona görə xahiş edir ki, əvvəl qoşulmayanlar da bu dəfə mütləq qoşulsun. Qoşulmayanlar bilsinlər ki, övladlarının attestat qiyməti yaxşı olamayacaq". Hətta bildirir ki, pul verməyənlərin adlarını ver, mənə özüm onlarla danışım.

Bu, bir müəllimə yaraşan hərəkətdir? Hər uşaqdan 60 manat pul yığıb, Müəllimlər Gününü yola verdilər". 

Valideynlərin redaksiyamıza təqdim etdikləri səs yazısını da olduğu kimi dərc edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri