Icma.az
close
up
RU
Müəllimlərin sayı niyə azalır? Təhsil sistemini gözləyən təhlükə: Belə getsə…

Müəllimlərin sayı niyə azalır? Təhsil sistemini gözləyən təhlükə: Belə getsə…

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan təhsil sistemində son illərin ən ciddi problemlərindən biri müəllimlərin sayının kəskin azalmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022/2023-cü tədris ilində 151 634 nəfər müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu rəqəm 150 868-ə düşüb, 2024/2025-ci ilin əvvəlində isə 146 381-ə enib.

Bəs, bu azalmanın səbəbi nədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, üç il ərzində 5 253 nəfərlik itki təkcə say göstəricisi deyil, eyni zamanda məktəblərin komplektləşdirilməsi, dərs bölgüsü, fənn üzrə müəllim çatışmazlığı və ümumi keyfiyyətin aşağı düşməsi baxımından xəbərdarlıq siqnalıdır. Onun sözlərinə görə, bu azalma əmək bazarının reallıqları ilə yanaşı, təhsil siyasətində planlaşdırmanın yetərsizliyi, motivasiya mexanizmlərinin sönüklüyü və institusional qeyri-müəyyənliklə sıx bağlıdır.

Müsahibimiz hesab edir ki, əsas səbəblərdən biri müəllim əməyinin sosial-maddi baxımdan rəqabətədavamlı olmamasıdır. K.Əsədov qeyd edib ki, “Təhsil haqqında” qanunda müəllimlərin əməyinin stimullaşdırılması, peşəkar inkişafının dəstəklənməsi, karyera pilləliliyinin təmin edilməsi nəzərdə tutulsa da, praktikada mexanizmlər sistemli işləmir; məvacib artımlarının təsiri inflyasiya və yaşayış xərcləri fonunda sürətlə yeyilir:

“Nəticədə gənc kadrlar ya repetitorluğa meyl edir, ya da ümumiyyətlə digər sektorlar və hətta digər ölkələrə üz tutur. Sertifikasiya və MİQ mexanizmləri niyyət etibarilə keyfiyyəti yüksəltməli, differensial ödənişləri ədalətli bağlamalı idi, amma tətbiqin sərt və bəzən də çevik dəstək paketləri olmadan aparılması yaşlı kadrların sistemdən çıxmasını sürətləndirib. Monitorinq və tranzit dövr mexanizmləri əvvəlcədən qurulmadığı üçün boşluqlar yaranıb. Nazirlik bu prosesin sosial-psixoloji və struktur nəticələrini qabaqcadan modelləşdirməli, risk ssenarilərini hesablamalı, hədəfli kompensasiya tədbirlərini paket halında təqdim etməlidir”.

Ekspert nəzərə çatdırıb ki, hər il minlərlə müəllim təqaüdə çıxır, amma onların yerini dolduracaq gənc axını eyni tempdə gəlmir.

Müsahibimiz pedaqoji ixtisaslara marağın zəiflədiyini, bəzi istiqamətlərdə plan yerlərinin boş qaldığını vurğulayıb. Əsədov əlavə edib ki, bu, ali təhsildə kadr planlaşdırmasının əmək bazarı ilə zəif əlaqələndirilməsinin nəticəsidir.

Həmsöhbətimiz həmçinin region fərqlərinin problemi dərinləşdirdiyini qeyd edib. O, ucqar rayonlarda sosial infrastruktur, mənzil, uşaq bağçası və nəqliyyat kimi bazis şərtlərin zəif olduğundan kadr cəlbinin çətinləşidiyini bildirib:

“Kağız üzərində müəyyən güzəştlər və əmsallar var, amma real həyatda gənc müəllimin həyatına toxunan kompleks paket görünmür. Müqayisə üçün Finlandiyada regionlara gedən müəllim üçün mənzil, əlavə maaş, ailə yönümlü sosial təminatlar, peşəkar inkişaf üçün ödənişli vaxt pəncərələri sistematik paket kimi işləyir; bizdə isə parçalanmış və episodik tədbirlər hissetdirir, davamlılıq yaratmır”.

Ekspertin fikrincə, bütün bunlara baxmayaraq, müsbət potensial toxumları da var. K.Əsədov qeyd edib ki, sertifikasiya və MİQ mexanizmləri konseptual olaraq şəffaflıq və keyfiyyət siqnalları yaradır, fərqlənən kadr üçün differensial ödəniş imkanı açır, məktəbdaxili performans mədəniyyətini gücləndirə bilər:

“Lakin niyyətin nəticəyə çevrilməsi üçün tətbiqin incə tənzimləməsi, kövrək qruplar üçün keçid dövrü dəstəyi, müəllim yüklərinin humanist qaydada optimallaşdırılması, kurikulum-təlim vasitələrinin real resursla sinxronlaşdırılması şərtdir. Yoxsa, yaxşı niyyətli alətlər belə sahədən uzaqlaşma meylini gücləndirir”.

Təhsil eksperti bildirib ki, dayanıqlı müəllim kadrı üçün təkcə maaş artımı yox, eyni zamanda açıq karyera pillələri, mentorluq və ixtisasartırmanın iş vaxtı içində və ödənişli təşkili, məktəb rəhbərliyinə keçid üçün şəffaf pilləkan, region əlavələri, mənzil və ailə dəstəyi, həmçinin müəllim hazırlığında selektiv qəbul və güclü universitet-məktəb praktikası birlikdə işləyir:

“Sinqapur modelində müəllim ya “master teacher”, ya “curriculum lead”, ya da “school leadership” xətti ilə yüksəlir; hər pillə konkret məsuliyyət, əlavə məvacib və sosial prestij ilə rəsmiləşir. Bizdə müəllimlik çox vaxt yalnız dərs saatına bağlı gəlir məntiqinə sıxışdırılır, peşə kimliyi üçün institusional cazibə zəif qalır”.

K.Əsədov hesab edir ki, məsələnin miqyası barədə soyuq hesab göstərmək vacibdir.

Ekspert əlavə edib ki, bəsmi rəqəmlər 2022/2023-dən 2024/2025-in əvvəlinə qədər 5 253 nəfərlik azalmaya işarə edir. Bu, iki illik kəsiyə bölünəndə illik orta azalmanın təxminən 2 626,5 nəfər olduğunu göstərir. Eyni zamanda son bir ildə azalma daha kəskin – 4 487 nəfər səviyyəsində baş verib:

“İndi iki ssenari ilə 2030/2031-ci tədris ilinin əvvəlini proqnozlaşdıraq. Konservativ ssenaridə illik orta azalma 2 626,5 nəfər templə davam edərsə, 2024/2025 başlanğıcındakı 146 381 nəfərlik baza üzərindən altı il sonra təxminən 15 759 nəfər daha itiriləcək və sistemdə təxminən 130 622 müəllim qalacaq. Status-kvo ssenarisində son ilin tempi hər il 4 487 nəfər azalmanın təkrarı qəbul edilsə, altı il sonra itki 26 922 nəfərə çatacaq və göstərici təxminən 119 459 müəllimə enəcək. Bu aralıq, tələbə axınının və sinif komplektlərinin stabil qaldığı halda, şagird-müəllim nisbətini ciddi pisləşdirər, dərs yükünü qeyri-bərabər paylayar, tədrisin keyfiyyətinə birbaşa zərbə vurar. Bu proqnozların hər ikisi nazirliyin illik planlarında risk kimi modelləşdirilib qabaqlayıcı tədbirlərə çevrilməlidir”.

Kamran Əsədov: Sinif otaqlarında müəllim səsi daha az eşidiləcək

Ekspert qeyd edib ki, “Nə dəyişəcək” sualının cavabı siyasətin özündə gizlidir. Dediyinə görə, əgər mövcud yanaşma davam edərsə, azalma tempi regionlarda fənn qıtlığını kəskinləşdirəcək, ibtidai siniflər və dəqiq fənlər üzrə boşluqları böyüdəcək, məktəblər repetitor bazarına daha çox asılılaşacaq. Həmçinin bildirib ki, “Nə dəyişməlidir” sualının cavabı isə kompleksdir:

“Müəllimlik peşəsi üçün rəqabətədavamlı baza məvacibi və region əlavələri qanunla indeksləşməli, sertifikasiya diferensial ödənişi real fərqi təmin etməli, amma tranzit dövrdə kövrək qruplar üçün dəstək paketi yəni, mentorluq, modul təlim, mərhələli tələblər işləməlidir”.

Bundan başqa K.Əsədov bildirib ki, ucqar ərazilər üçün mənzil, bağça, nəqliyyat və ailə dəstəyi paket halında təqdim olunmalı, müəllim hazırlığında universitet–məktəb praktikasının payı artırılmalı, karyera pillələri şəffaf, motivasiyaedici və maliyyə ilə real bağlı olmalıdır.

Nəzərə çatdırıb ki, bunlar həyata keçməyincə, rəqəmlərin aşağıya sürüşməsi dayanmır:

“Bu gün sistemin ehtiyacı emosional şüar yox, dəqiq hesablanmış, mərhələli, sosial cəhətdən həssas və maliyyə ilə təchiz olunmuş siyasətdir. Müəllimlərin sayındakı azalma təsadüf deyil. Bu, idarəetmənin proqnozsuzluğunun və resursların səhv prioritetləndirilməsinin birbaşa nəticəsidir. Rəqəmlər bizi xəbərdar edir. Ya müəllimliyə dövlət səviyyəsində strateji peşə statusu verilib real paketlə dəstəklənəcək, ya da 2030-a doğru aralığın 130 minlə 120 min arasında bir yerə sürüşməsi ilə dərsliklərin dili nə qədər gözəlləşsə də, sinif otaqlarında müəllim səsi daha az eşidiləcək”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri