Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Müəllimlikdə yeni mərhələ Magistr təhsili məcburi ola bilər

Müəllimlikdə yeni mərhələ Magistr təhsili məcburi ola bilər

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı qeyd edib ki, keyfiyyətli magistratura təhsili almış müəllim digər müəllimə nisbətən daha arzuolunandır.

“Bu gün hazırda bu hüquqi tələb deyil. Biz buna görə əlavə bal vermirik. Söhbət prosedurdan getmir. Söhbət gözləntidən gedir. Yəni 4 il ali təhsil almış adamla 6 il ali təhsil almış adam arasında fərq olmalıdır. Əgər onlar eyni səviyyədədirlərsə, mən 6 il təhsil almış adamı seçərdim. Amma bugünkü qaydalara görə, kim MİQ-də çox bal yığırsa, onu seçirik”.

Bu vəziyyətdə sual yaranır ki, gələcək illərdə müəllimlər üçün magistr təhsili məcburi ola bilərmi? Ümumiyyətlə, belə bir addımın atılması nə dərəcədə zəruridir? 

Modern.az xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, gələcəkdə müəllimlərin işə qəbulunda magistr dərəcəsi tələbinin məcburi olması ehtimalı olduqca yüksəkdir:

“Çünki Elm və Təhsil Nazirliyinin strategiyası təhsilin keyfiyyətini beynəlxalq standartlara çatdırmağa yönəlib. Nazir Emin Əmrullayevin bu mövzu ilə bağlı bəyanatı da keçidin ilk anonsu və gözləntilərin formalaşması kimi qiymətləndirilməlidir.

Magistr təhsilinin məcburi olması zərurəti nədən irəli gəlir? İlk öncə bu sual ətrafında fikirlərimizi ifadə etsək, növbəti mərhələlərə daha doğru keçid etmiş olarıq. Magistr dərəcəsinin məcburiliyi birdən-birə deyil, mərhələli şəkildə tətbiq edilə bilər.

Məsələn, ilkin olaraq bu tələb yuxarı siniflər (10-11-ci siniflər) üçün reallaşdırıla bilər və belə bir addımın atılması bir neçə səbəbdən zəruri görünür. Dördillik bakalavr təhsili daha çox fundamental biliklərin ötürülməsinə və baza metodologiyasına əsaslanır. Magistratura isə müəllimə elmi tədqiqat aparmaq, şagirdlərin fərdi ehtiyaclarını analiz etmək və differensial tədris metodları qurmaq bacarığı qazandırır. Yəni, magistr təhsili gələcəyin müəlliminə tədqiqat yönümlü pedaqoji fəaliyyət formalaşdırmağı öyrədir.

Digər tərəfdən, ali təhsil müddətinin və keyfiyyətinin artması cəmiyyətdə müəllim peşəsinin statusunu yüksəldir. Bakalavr təhsili 4 il, magistratura isə 2 il çəkir. Ümumilikdə 6 il təhsil almış şəxsin müəllim kimi seçilməsi, nazirin də qeyd etdiyi kimi, mühüm üstünlükdür. Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, dünyanın qabaqcıl təhsil sistemlərində müəllimlik üçün magistr dərəcəsi artıq standart tələbdir.

Bu baxımdan Finlandiya təcrübəsini xüsusi qeyd etmək istərdim. Finlandiyada olmuşam və oradakı təhsil pillələrinə yanaşmanı yaxından araşdırmışam. Bu ölkədə hələ ötən əsrin 80-ci illərindən həm ibtidai sinif, həm də fənn müəllimləri üçün magistr dərəcəsi məcburidir. Orada müəllimlər tədqiqatçı kimi yetişdirilir və bu amil Finlandiya təhsilinin uğurunun əsas sütunu hesab olunur. Eyni zamanda, Almaniya təcrübəsindən də bu barədə kifayət qədər məlumatım var.

Məsələn, müəllim olmaq istəyən şəxslər Almaniyada iki mərhələli dövlət imtahanından keçməli və mütləq magistr dərəcəsinə sahib olmalıdırlar. Fransa və Portuqaliyadakı mövcud duruma nəzər salsaq, görərik ki, Boloniya prosesinin tələblərinə uyğun olaraq, dövlət məktəblərində daimi müəllim statusu almaq üçün magistr təhsili mütləq şərtdir”.

Magistr dərəcəsi olan müəllimlərin baza maaşı bakalavr məzunlarından daha yüksək müəyyən edilməlidir ki, gənclər magistratura oxumaqda maraqlı olsunlar:

“Ümumilikdə, Azərbaycanda belə bir tələbin mərhələli şəkildə həyata keçirilməsinin pedaqoji ixtisaslara marağı azaldacağı barədə narahatlıqlar əsassız deyil. Lakin proses düzgün idarə olunarsa, bu addım fərqli və müsbət effektlərlə yadda qala bilər. Əlbəttə, keçid dövrü üçün qısamüddətli risklər qaçılmazdır. Tələb ilk tətbiq olunduqda bakalavr məzunlarının bir hissəsi əlavə iki il vaxt və maliyyə itirmək istəmədiyi üçün digər sahələrə yönələ bilər ki, bu da plan yerlərinin müvəqqəti azalmasına gətirib çıxarar. Doğrusu, mən bu riski o qədər də yüksək qiymətləndirmirəm, amma hər halda belə bir ehtimal mümkündür. Beynəlxalq təcrübə göstərir ki, tələblər sərtləşdikcə peşəyə təsadüfi adamların gəlişi azalır, əvəzində sahəni daha istedadlı və motivasiyalı gənclər seçir.

Marağın azalmaması üçün dövlət tərəfindən magistratura pilləsində pedaqoji ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı mütləq şəkildə artırılmalıdır. Azərbaycanda Müəllimlərin İşə Qəbulu (MİQ) sistemini tamamilə sıradan çıxarmadan bu yanaşmanı tətbiq etmək üçün bir neçə modeldən istifadə oluna bilər. Nazirin də qeyd etdiyi kimi, eyni bal toplandığı halda magistr məzununun seçilməsi qaydası hüquqi normaya çevrilə bilər və yaxud magistr dərəcəsi olanlara imtahanda əlavə bonus ballar verilə bilər. Həmçinin magistr dərəcəsi olan müəllimlərin baza maaşı bakalavr məzunlarından daha yüksək müəyyən edilməlidir ki, gənclər magistratura oxumaqda maraqlı olsunlar.

Eyni zamanda, beynəlxalq təcrübədəki birləşdirilmiş proqramlar da tətbiq edilə bilər. Tutaq ki, birbaşa 5 illik proqramlar vasitəsilə tələbə fasiləsiz təhsil alaraq birbaşa müəllimlik üzrə magistr dərəcəsi qazanır və yenidən imtahan vermək məcburiyyətində qalmır”.

50 yaşlı bir müəllimi “magistr dərəcən yoxdur” deyərək sistemdən kənarlaşdırmaq tamamilə yanlış olar:

“Fikrimcə, müəllimlik üçün magistr tələbinin qoyulması gələcəkdə Azərbaycan təhsili üçün qaçılmaz bir hədəf olacaq. Lakin bu addımın pedaqoji kadr qıtlığı yaratmaması üçün proses paralel olaraq sosial-iqtisadi stimullarla (yüksək maaş, xüsusi təqaüdlər, ödənişsiz magistr pilləsi və s.) dəstəklənməlidir. Həmçinin ən azı 5-7 illik bir keçid dövrü nəzərdə tutulmaqla, bu sistem mərhələli şəkildə reallaşdırıla bilər.

Əlbəttə, hesab edirəm ki, hazırda Azərbaycan məktəblərində kifayət qədər yaxşı, peşəkar müəllimlər var. Bu yanaşmanı tətbiq edərkən zamanında 4 və ya 5 illik ali təhsil almış, hazırda isə böyük təcrübəyə malik, məsələn, 50 yaşlı bir müəllimi “magistr dərəcən yoxdur” deyərək sistemdən kənarlaşdırmaq tamamilə yanlış olardı. Onların illərlə formalaşmış bəlli bir pedaqoji təcrübəsi var. Bu səbəbdən, ən ədalətli yanaşma bu tələbi yalnız işə yeni başlayan və ya müəllimlik ixtisasına yeni qədəm qoyan gənclərə şamil etməkdir. 25-30 il iş təcrübəsi olan və fəaliyyətini kifayət qədər uğurla davam etdirən müəllimlərə qarşı fərqli yanaşma pedaqoji mühiti zədələyə bilər.

Qeyd etdiyim kimi, bu islahatın tam oturuşması üçün zaman lazımdır. Hətta mənim vurğuladığım 5-7 illik müddət belə, bu miqyasda bir proses üçün qısa sayıla bilər. Lakin strateji hədəf kimi bu yanaşmanın tətbiq edilməsi olduqca uğurlu və faydalı olacaqdır. Bütövlükdə təhsilimizin keyfiyyətini məhz bu yolla gələcəkdə daha da irəliyə apara bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri