Müəyyən bölgələr var ki, orada qadınların təhsildən yayınma faktoru çoxdur Ekspert
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır.
Hazırda bu sahədə görülən işlər yetərlidirmi? Əlavə hansı layihələr həyata keçirilə bilər?
Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda ölkəmizdə qızların təhsili ilə bağlı müvafiq maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.
"Əlbəttə, biz çalışmalıyıq ki, bu tədbirlər xüsusi olaraq respublikanın müxtəlif bölgələrində, daha çox da erkən nikaha cəlb olunma məsələsinin aktual olduğu ərazilərdə həyata keçirilsin. Çünki müəyyən bölgələr var ki, orada qadınların təhsildən yayınma faktoru çoxdur".
Müsahibimiz qeyd etdi ki, keçiriləcək tədbirləri sadəcə Elm və Təhsil Nazirliyindən gözləmək doğru deyil.
"Məncə, burada digər hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlar da məsələdə dəstək göstərməlidirlər. Biz hər zaman ailədə olan xanım üzvlərin ali təhsilli olmasının tərəfdarı olmuşuq. Ali təhsil əlçatanlığı o qədər mümkün deyilsə, orta təhsilə yiyələnsinlər", - deyə Elçin Əfəndi qeyd etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 İyun 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















