Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Muğamın ruhunu yaşadan gənc istedadlardan biri Yusif Cəfərbəyli

Muğamın ruhunu yaşadan gənc istedadlardan biri Yusif Cəfərbəyli

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 sentyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan musiqisinin ən dəyərli incilərindən biri də muğamdır. Bu sənət əsrlər boyu xalqın ruhunu, duyğularını yaşadıb və gələcək nəsillərə ötürüb. Muğam insanın daxili dünyasının səsi, könlün dərinliyindən gələn bir etirafdır. Qədim el məclislərindən bu günün böyük səhnələrinədək muğam öz dəyərini itirməyib, əksinə, yeni ifaçıların səsi ilə təzədən doğulub. Bu gün də gənc xanəndələr onun sehrini qorumaqla yanaşı, ona yeni nəfəs bəxş edirlər. Onlardan biri də istedadı və zəhməti ilə seçilən əslən Laçından olan gənc muğam ifaçısı Yusif Cəfərbəylidir.

İlk olaraq, müsahibimizə muğamın onun üçün nə ifadə etdiyini soruşduq: “Muğam mənim üçün sözlərin çatdıra bilmədiyi hisslərin musiqi ilə danışması, ruhun ən dərin qatlarını oyatmasıdır. Hər not ürəyimdən doğan bir pıçıltı, hər səs isə qəlbimin sirli sədasıdır. İfa etdikcə o duyğular mənimlə yaşayır, dinləyicilərin qəlbinə yol tapır və muğamın sehrli aləminə aparır – orada hər hiss, hər fikir musiqi ilə nəfəs alır”.

Musiqi mənim üçün həyatın bir parçasıdır

Yusifin musiqiyə marağı uşaqlıq illərində formalaşıb və ailəsinin təsiri ilə daha da güclənib. Onun üçün muğam sadəcə bir sənət yox, həm də özünüifadə etməyin, insanlarla səmimi ünsiyyət qurmağın yoludur. Səsi, ifa tərzi və səhnədə yaratdığı təbii doğmalıq ona dinləyicilərin rəğbətini qazandırıb. Gənc ifaçı musiqi yoluna Bakı şəhərindəki Niyazi adına 22 nömrəli Musiqi məktəbində başlayıb. İlk olaraq tar sinfində, sonra isə xanəndəlik sinfində təhsil alıb. Ona muğamın sirlərini ilk dəfə müəllimi xanəndə Kamilə Abdullayeva öyrədib.

Yusifin məktəbin özfəaliyyət dərnəyində çıxışları və bayram tədbirlərindəki ifaları həmişə dinləyicilər tərəfindən sevilib. Onun sözlərinə görə, həmin illərdə səhnəyə çıxmaq onun üçün həm həyəcan, həm də böyük sevinc idi.

“Bizim ailədə peşəkar musiqiçi olmayıb, amma xalq musiqisinə, muğamımıza və aşıq sənətinə qarşı həmişə dərin bir sevgi olub. Mən bunu həm də Laçın torpağına bağlılığımızla izah edirəm. Şuşa, Laçın və Şərqi Zəngəzur bölgələri tarixən musiqi ilə nəfəs alan yerlər olub. Bu diyarların hər guşəsində yetişən Azərbaycan musiqi mədəniyyətinə dəyərli izlər qoyublar. Elə bu gün də həmin ruh və musiqi ənənəsi biz gənclərin qəlbində yaşayır. Musiqi mənim üçün həyatın bir parçasıdır”, - deyə Yusif bildirib.

Muğamın gələcəyinə inam

Azərbaycan muğam sənətinin qorunması və inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və dəstəyi, eləcə də dövlət tərəfindən göstərilən davamlı qayğı böyük rol oynayır. Dövlətin diqqət və qayğısı sayəsində muğam sənətimiz gənc istedadlar tərəfindən öyrənilir, inkişaf etdirilir və geniş auditoriyaya çatdırılır.

Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən bəri keçirilən “Muğam” televiziya müsabiqələri bu baxımdan mühüm əhəmiyyət daşıyır, gənclərin istedadını üzə çıxarmaq və onları peşəkar səhnəyə hazırlamaq üçün unikal bir platforma rolunu oynayır.

Gənc xanəndə IX “Muğam” televiziya müsabiqəsinin finalçısı olaraq da diqqət çəkib. Zəhməti və istedadı sayəsində Yusif bu gün gənc muğam ifaçıları arasında özünəməxsus yer tutur. Onun sözlərinə görə, muğam müsabiqəsində iştirak edərək həm özünü sınayıb, həm də sənətə olan sevgisini göstərmək fürsəti əldə edib: “Hər çıxışımda çalışırdım ki, notların hər biri dinləyicilərin qəlbinə toxunsun, muğamın mənəvi gücü və bənzərsiz melodiyaları onlara hiss etdirilsin. Bu yolda mənim ən böyük dəstəkçim müəllimim, Əməkdar artist, xanəndə Təyyar Bayramov oldu. O, mənə sənətin sirlərini öyrətdi, səhnədə özüməinamlı çıxış etməyimə yol göstərdi. Bu müsabiqə mənə həm təcrübə qazandırdı, həm də sənət yolumda motivasiya oldu. Hər yeni ifa mənim üçün öyrənmə prosesi, bir ilham mənbəyi idi”, – deyə Yusif diqqətə çatdırıb.

Təşkilatçılıq işləri mənə liderlik bacarıqlarımı inkişaf etdirməyə kömək etdi

Gənc ifaçının ən yaddaqalan uğurlarından biri 2016-cı ildə Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqədə “N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası” nominasiyasına layiq görülməsi olub. Orta məktəbi bitirdikdən sonra Yusif Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Universitetin ictimai-mədəni tədbirlərində fəal iştirak edib və İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri olub.

O deyir ki, tələbələrlə işləmək onun üçün həmişə böyük motivasiya mənbəyidir.

Yusif, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura təhsili alıb. 2019-cu ilin “Nəsimi İli” çərçivəsində UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Türkiyənin Ankara şəhərində keçirilən tədbirdə Nəsiminin qəzəlləri üstündə muğam parçaları ifa edib. Yüksəksəviyyəli çıxışına görə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşəkkürnamə və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə təltif olunub.

O, eyni zamanda, Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik-2020” Gənc Liderlər Proqramında fəallığı ilə seçilib. 2021-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən təşkil olunan “Beynəlxalq Zəfər Düşərgəsi”ndə iştirak edib.

Hər səhnə mənim üçün öyrənmək və paylaşmaq deməkdir

Gənc muğam ifaçısı üçün istedadla zəhmətin birləşməsi uğurun açarı olub. 2022-ci ildə Yusif “İdeyanı Reallaşdır” Gənclərin Fərdi Layihələri üzrə Qrant müsabiqəsinin qalibi olub və Bakıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş “Milli musiqi” müsabiqəsi layihəsini həyata keçirib.

Onun uğurları bununla bitmir: 2019-cu ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Tələbə Baharı” XII Ümumrespublika yaradıcılıq festivalında “Muğam” nominasiyasında II yer, 2020-ci ildə isə XIII Ümumrespublika yaradıcılıq festivalında I yer qazanıb. Həmçinin 2022-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Gənclər Fondu, TÜGVA və Pakistan Türkiyə Dostluq Dərnəyi tərəfindən təşkil olunan “Azərbaycan Türkiyə Pakistan Gənclərinin Birinci Həmrəylik Forumu”nda iştirak edib.

Bundan əlavə, 2025-ci ildə Qazaxıstanın Almatı şəhərində “Almatı: Türk dünyası gənclər paytaxtı” tədbirinin açılış mərasimində Azərbaycan milli musiqisini və muğamı nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edib.

Yusif Cəfərbəyli, bu il gənclər və idman naziri tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb.

Məqsədim muğamla insanların qəlbinə toxunmaqdır

“Gələcəkdə istəyirəm ki, hər ifamla dinləyicilərin qəlbində yeni hisslər oyansın, onlara Azərbaycan musiqisinin zənginliyini və dərin mənəvi dəyərini hiss etdirim. Muğam yalnız bir sənət kimi qalmasın, həm də xalqımızın tarixindən gələn duyğu və sevgini, milli kimliyimizi ifadə edən bir simvol olsun. Hər yeni gün, hər yeni layihə mənim üçün bir fürsətdir. Bu dəyərləri qorumaq, onlara həyat vermək və dinləyicilərin qəlbində əbədi iz buraxmaq üçün”, - deyə Yusif Cəfərbəyli əlavə edib.

Biz də gənc və istedadlı xanəndə Yusif Cəfərbəyliyə gələcək fəaliyyətində uğurlar, yaradıcılıq ilhamı və muğam sənətində yeni zirvələrə çatmağı arzulayırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:345
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri