Icma.az
close
up
RU
Sülh ritorikasının kölgəsində mühakimə

Sülh ritorikasının kölgəsində mühakimə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Biz Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, Bakı ilə sülhün əldə olunmasına çalışırıq, sülh sazişini və ATƏT-in Minsk qrupunun ləğvinə dair təşkilatın katibliyinə müraciəti eyni anda imzalamağa, həmçinin sazişi dərhal ratifikasiya etməyə hazırıq” kimi sözlər son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın dilindən düşmür. Hakimiyyətə gəldikdən sonrakı iki ildə yol verdiyi ardıcıl təxribatlarla İkinci Qarabağ müharibəsinin başlanmasında həlledici rol oynayan Paşinyan, son aylarda, necə deyərlər, “sülh göyərçini”nə dönüb. Nikolun sülhsevər ritorika ilə beynəlxalq arenada diqqəti cəlb etməyə çalışdığı günün reallığıdır.

Mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyinin VI Zirvə toplantısında, orada Azərbaycanın İctimai Televiziyasına müsahibəsində, daha əvvəl Brüsseldə, digər Avropa paytaxtlarında da Paşinyan bildirmişdi ki, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və ölkəsinin konstitusiyası da bu reallığı əks etdirir. Hətta, Ermənistan konstitusiya məhkəməsinin müvafiq qərarı (söhbət 2024-cü il 26 sentyabr tarixli qərardan gedir–S.H.) da Paşinyanın sözlərini təsdiq edən rəsmi sənəd kimi təqdim olunur. Ancaq reallıqda baş verənlər, xüsusilə də İrəvanda başlanan bəzi məhkəmə prosesləri bu “sülh ritorikası”nın nə qədər süni olduğunu üzə çıxarır.

Yəni konstitusiya məhkəməsindən qat-qat aşağı səviyyəli məhkəmə instansiyaları Azərbaycanın suveren ərazilərinin işğalı ilə bağlı prosesi icraata qəbul edir və onu həvəslə həyata keçirirlər. Söhbət bir neçə gün öncə Ermənistanın sabiq müdafiə naziri, Qarabağ klanının “görkəmli nümayəndəsi”, hazırda parlamentdəki əsas müxalifət fraksiyası “Hayastan”ın rəhbəri Seyran Ohanyanın oğlu, hərbi hissə komandiri olmuş polkovnik rütbəli Artur Ohanyanla bağlı məhkəmə prosesinin başlamasından gedir. Ona qarşı irəli sürülən ittihamlar ilk baxışda hərbi əmrlərin pozulması və ya tapşırıqların yerinə yetirilməməsi ilə bağlıdır. Lakin prosesin mahiyyətinə nəzər saldıqda, tamamilə fərqli mənzərə ortaya çıxır.

Ölkə prokurorluğu A.Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə strateji yüksəkliyi istiqamətində irəliləməsinin qarşısını ala bilməməkdə ittiham edir. İstintaq bu qənaətə gəlib ki, A.Ohanyan 2020-ci il oktyabrın 6–7-də səhlənkarlıq göstərib, onun xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə gətirib çıxarıb.

Qəzetimizin 17 may tarixli sayında məhkəmə prosesinin başlanması, ittiham aktında nələrin qeyd edilməsi və sair məsələlər öz əksini tapdığından bu gün başqa məqamlara diqqəti cəlb etmək istəyirik.

***

Əslində, bu məhkəmə prosesində müttəhimlər kürsüsündə əyləşən A.Ohanyana və digər iki tabor komandirinə verilməli əsas sual Ermənistan ordusunun, onun tərkib hissəsi olan, amma özünü keçmiş qondarma rejimin “özünümüdafiə ordusu” adlanan silahlı birləşmənin Azərbaycanın suveren ərazilərində nə işinin olması ilə bağlı olmalıdır. Lələtəpə Cəbrayıl rayonunun ərazisində yerləşir. Bu rayon isə Zəngilan, Füzuli, Qubadlı, Ağdam, Kəlbəcər  və Laçın kimi heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmayıb. Ermənistan ordusu bu rayonları işğal siyasətini möhkəmləndirmək, bufer zona yaratmaq, habelə gələcəkdə mümkün sövdələşmədə, yəni onları Azərbaycana qaytarmaq müqabilində hansısa digər əraziləri öz əlində saxlamaq üçün vasitə kimi istifadə etmək məqsədilə zəbt etmişdi. Bu baxımdan əgər Ermənistan rəhbərliyi həqiqətən də sülh niyyətində səmimidirsə və bu düşüncə bütövlükdə, cəmiyyətə hakimdirsə, o zaman məhkəmə hakimləri təqsirləndirilən şəxslərə sual verməlidirlər: Ermənistan ordusu və silahlı qüvvələri Azərbaycan ərazisində nə edirdilər? Dövlət ittihamçıları isə əksinə, prosesi təxminən belə aparırlar: “Niyə Azərbaycan ərazisində işğalla bağlı verilmiş tapşırıqları lazımi səviyyədə icra etməmisiniz?!” Yəni bu, əslində, rəsmi İrəvanın siyasətinin, Paşinyanın bəyanatlarının qeyri-ciddiliyini, ikitirəliliyini göstərir.

Məhkəmə zalında Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə nə sülh və insanlıq əleyhinə cinayətlər, nə də hüquqi məsuliyyət kontekstində suallar verilmir. Əksinə, proses sanki, işğal əmrlərinin niyə düzgün yerinə yetirilmədiyi ilə bağlı “hesabat” almağa bənzəyir. Bu isə Paşinyan hökumətinin ikili siyasətinin, daxildə militarist ritorikanı qoruyub saxlayaraq, xaricdə özünü sülh tərəfdarı kimi göstərməsinin növbəti sübutudur.

Bu, təkcə hüquqi cəfəngiyyat deyil, həm də siyasi riyakarlığın açıq təzahürüdür. Əgər Ermənistan həqiqətən də ölkəmizin ərazi bütövlüyünü tanıyırsa və bununla bağlı konstitusiya məhkəməsinin qərarı varsa, necə ola bilər ki, aşağı instansiyalı məhkəmələr hələ də Azərbaycan ərazisindəki hərbi əməliyyatları “legitim tapşırıq” kimi qiymətləndirir və onların icrasının “zəifliyi”ni araşdırır? Bu cür ziddiyyətli mövqe həm Ermənistanın daxili siyasətində dərin böhranın göstəricisidir, həm də bölgədəki sülh proseslərinə ciddi zərbə vurur. Beləliklə, açıq şəkildə görünür ki, rəsmi İrəvan daxilən hələ də “keçmişin fantomları”ndan (“keçmişin fantomları” dedikdə Ermənistanın işğalçılıq siyasəti, revanşist yanaşmaları, Qarabağla bağlı qeyri-realist iddiaları və bu düşüncələrin hələ də ölkədə siyasətə və hüquqa təsir etməsi nəzərdə tutulur–S.H.) qurtula bilməyib. Daha doğrusu, hökumət ikili siyasət yürütməklə həm Qərbin gözündə sülhsevər görünməyə, həm də daxili radikal dairələrin dəstəyini itirməməyə çalışır. İrəvanda başlanan sonuncu məhkəmə prosesi bu ziddiyyətin bariz nümunələrindən biridir.

Prosesin mahiyyətində də bu təfəkkür hakimdir. Məhkəmə sualları, prokurorun arqumentləri və ümumi prosesin gedişi açıq şəkildə göstərir ki, bu, əslində, Ermənistanın Azərbaycana qarşı keçmişdə apardığı işğal siyasətini dolayı yolla müdafiə edən, hətta ona haqq qazandırmağa çalışan bir kampaniyadır. “Siz niyə verilmiş tapşırıqları, yəni Azərbaycanın suveren ərazisindəki hərbi əməliyyatları layiqincə yerinə yetirməmisiz?” sualının özü artıq beynəlxalq hüquqa, dövlətlərarası münasibətlərə və Ermənistanın iddia etdiyi “sülh strategiyasına” tamamilə ziddir. Əgər Ermənistan rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda həmin ərazilərdə qeyri-qanuni yerləşmiş hərbi birləşmələrin fəaliyyəti cinayət əməli hesab edilməlidir. Həmin şəxslər yalnız Ermənistan qanunvericiliyi qarşısında yox, eyni zamanda, beynəlxalq hüquq qarşısında da cavab verməlidirlər. Amma bu prosesdə nəinki cinayət məsuliyyətindən söhbət gedir, əksinə, şəxs ona verilmiş “işğal tapşırıqlarını” yaxşı yerinə yetirmədiyinə görə sanki “danlanır”. Bu isə absurddur. Hüquqi yox, ideoloji əsaslı bir məhkəmədir. Sanki 1990-cı illərin revanşist təfəkkürü 2025-ci ildə məhkəmə zalında yenidən səsləndirilir. Sanki bu ölkə 44 günlük İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə uğramayıb, sanki 10 noyabr üçtərəfli Bəyanatını və antiterror əməliyyatında ikinci dəfə təslimolma aktı imzalamayıb.

Onu da bildirək ki, bu məhkəmə prosesi təkcə bir şəxsi mühakimə etmək məqsədi daşımır. Bu, daha böyük siyasi oyunun tərkib hissəsidir. Paşinyan daxilindəki müxalif qüvvələri – xüsusən də Qarabağ klanına bağlı şəxsləri neytrallaşdırarkən belə, Ermənistanın keçmiş işğalçı siyasətini məzəmmət etmir, əksinə, dolayısı ilə legitimləşdirir. Yəni mesaj budur: “Biz işğalçı idik, amma sən niyə bu işğalı daha effektli həyata keçirmədin?”. Bu isə həm sülh çağırışlarının mənasızlaşmasının, həm də Paşinyanın xarici və daxili auditoriyaya fərqli danışmasının bir daha sübutuna çevrilir. O, Avropada sülhdən danışır, İrəvanda isə məhkəmə vasitəsilə hələ də keçmiş işğalçılıq siyasətini xatırladır. Bu, yalnız riyakarlıq deyil, həm də təhlükəlidir. Çünki belə yanaşmalar bölgədə sülh və sabitliyin qarşısını alan başlıca faktorlar sırasındadır.

Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti bu gün tarixi seçim qarşısındadır: ya keçmişin revanşist, işğalçı təfəkkürünü tamamilə tərk edib sülh yolu ilə irəliləmək, ya da sülh ritorikası ilə işğalçılıq siyasətini eyni anda davam etdirməyə çalışmaq. İrəvanda keçirilən bu cür məhkəmə prosesləri göstərir ki, Ermənistan hələ də ikinci yolu seçməyə meyillidir. Azərbaycanın ərazilərində qanunsuz hərbi əməliyyatlarda iştirak edən şəxslərə qarşı suverenlik, beynəlxalq hüquq və ədalət prizmasından yox, “tapşırığın icra səviyyəsi” meyarı ilə yanaşmaq bu ölkənin real niyyətini ifşa edir. Azərbaycan tərəfi isə bu cür prosesləri diqqətlə izləyir və sənədləşdirir. Bu, təkcə diplomatik deyil, həm də hüquqi və informasiya mübarizəsinin tərkib hissəsidir. Ermənistanın sülh ritorikasını beynəlxalq ictimaiyyət yalnız Paşinyanın bəyanatlarına görə deyil, eyni zamanda, daxildə atılan konkret addımlara görə qiymətləndirməlidir. Əgər məhkəmə salonunda “işğal tapşırıqları”na görə mühakimə yox, hesabat tələb olunursa, bu, sülh yox, ikili oyun deməkdir.

Rizvan HÜSEYNOV, 
hərbi-siyasi şərhçi

– Paşinyanın təqdim etdiyi “real Ermənistan” ideologiyası hələ də “köhnə Ermənistan”ın kölgəsində boğulur. Belə deyək: minalanmış sahələr təkcə torpaqlarda yox, eyni zamanda, Ermənistanın hüquq sistemində, düşüncə tərzində və siyasi şüurunda qalır. Tarixin səhifəsini çevirmək üçün təkcə bəyanat vermək kifayət etmir. Sülh istəyən lider məhkəmə salonunu keçmişin cəbhə xəttinə çevirməz. Əgər Ermənistan, doğrudan da, sülh yolunu tutmaq istəyirsə, onda əvvəlcə öz içində barışmalıdır – işğal siyasəti ilə, revanşizmlə, ikili standartlarla vidalaşaraq. Yoxsa sülh adı altında qaranlıq keçmişin izlərini yaşatmaq, nə bölgəyə, nə də erməni xalqına aydın sabah vəd edə bilər. Ermənistanın daxili məhkəmə prosesləri və beynəlxalq ritorikası arasındakı bu ziddiyyətlər beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır. Əgər real sülh istənilirsə, sözlə əməl üst-üstə düşməlidir. Əks halda, bölgənin gələcəyi yenə də saxta ümidlərin girovuna çevriləcək.

Səxavət HƏMİD 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see222

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see204

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see146

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see143

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see143

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see132

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see129

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see126

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see123

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see121

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see119

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see119

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri