Icma.az
close
up
RU
Müharibə genişlənir, xəritələr dəyişir: İran və Türkiyə üçün tarixi məqam yetişdi Böyük PLAN

Müharibə genişlənir, xəritələr dəyişir: İran və Türkiyə üçün tarixi məqam yetişdi Böyük PLAN

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Globalinfo.az Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edir:

– Suriyada 4 ildir dondurulmuş münaqişə yenidən alovlandı. İslamçı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qruplar Bəşər Əsəd rejimini küncə sıxmaq üzrədir. HTŞ lideri Əbu Məhəmməd Əl Colani hücumların paytaxt Dəməşq ələ keçirilənədək davam edəcəyini deyib. Nə baş verdi ki, müxaliflər birdən-birə hücuma keçmək qərarı verdi?

– Birmənalı şəkildə vurğulamaq lazımdır ki, bu yaşananlar keçən ilin oktyabrından dəyişən yeni konfiqurasiyanın nəticələri kimi qiymətləndirilə bilər. Yaxın Şərqdə heç bir hadisə təsadüfən olmur və böyük güclərin mürəkkəb gedişlərinin nəticələridir ki, bölgədə özünü bu şəkildə göstərməkdədir.

İlk növbədə onu vurğulamaq lazımdır ki, Suriyadakı aktivlik məhz İsrailin Livanla əldə etdiyi razılaşmadan bir gün sonra baş verdi. Qəzzada HƏMAS, Livanda “Hizbullah”la bağlı əməliyyatlardan sonra İsrailin Suriyada şiə milis dəstələri, İraqda Haşdi-Şəabi, Yəməndə isə Ənsurallah üzərində təzyiqlərini artıracağını ehtimal etmək olardı. Suriyada HTŞ-nin aktivliyini və Hələb istiqamətində hücumunu artıq prosesin ardı kimi dəyərləndirmək mümkündür.

– ABŞ HTŞ-ni terror təşkilatı kimi tanımasına rəğmən proseslərə seyrçi qalır…

– Burada xüsusi, incə bir məqam ABŞ-ın HTŞ-ni terror təşkilatı kimi tanımasına rəğmən proseslərə həm də seyrçi mövqedən yanaşması və sadəcə diplomatik tonda, həm də bəzi hallarda ziddiyyətli açıqlamalar verməsi, İsrailin isə ümumiyyətlə, səssiz qalmasıdır.

Suriyadakı münaqişə və xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. ABŞ, Rusiya, Türkiyə və İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir. Hər bir ölkənin mövqeyi onların regional siyasətlərindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır.

Əslində bölgədə yaşananların mürəkkəbliyini tam çılpaqlığı ilə ortaya qoyan sxem kimi ABŞ, İran, Rusiya və Türkiyə faktorlarının proseslərdəki münasibətlərini qeyd etmək mümkündür.

Bu dörd gücün mövqeləri bir çox məsələdə bir-birinə ziddir:

ABŞ-Türkiyə gərginliyi: ABŞ-ın PKK/YPG/PYD-yə dəstəyi Türkiyənin maraqlarına ziddir.

Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu, Moskva isə Ankaranın Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq istəyini qəbul edir. Lakin hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə (HTŞ-nin nəzarətindədir!) fərqli məqsədlər güdür, birbaşa qarşıdurmadan isə çəkinirlər.

İranın bölgədəki təsiri ABŞ-ın Suriya siyasətinin əsas əks nöqtəsidir.

İran birmənalı şəkildə Əsəd rejiminə dəstək verir və eyni zamanda bölgədə öz proksi qüvvələri vasitəsilə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı çıxır. Bu zaman hətta bölücü kürd terror qruplaşmalarını da təbii müttəfiq şəklində görür.

Vaşinqton heç bir halda Yazın Şərqdə Rusiyanın təsirini görmək istəmir. Ələlxüsus Lazkiyada hərbi baza onu narahat edir. Ərəb baharından sonra bir sıra mövqelərini (məsələn, Liviyada) qoyub çıxmağa məcbur olmuş Moskva üçün isə ora son istinad nöqtəsi, isti dənizlərə çıxış imkanı verən strateji qapıdır. Suriyada strateji hərbi mövcudluğunu qorumaq və Tartus dəniz bazası vasitəsilə Aralıq dənizində təsirini artırmaq həyati əhəmiyyət kəsb edir.

– Hazırda qarşıda Həma və Homs şəhərləri uğrunda taleyüklü döyüşlər gözlənilir. Eyni zamanda müxalif qüvvələr PKK terror birləşmələrinin əsas dayaq nöqtəsi olan Tel-Rifat istiqamətində hücumlarını davam etdirirlər və mərkəzə nəzarət etdikləri ilə bağlı vizual təsdiqlər var. Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə nə baş verəcək?

–  Bu, ilk növbədə ciddi strateji qələbə olacaq.

Birincisi, Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq;

İkincisi, Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək;

Üçüncüsü, İranın etibarlı nümayəndələri (və buna görə də Tehran) Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq;

Dördüncüsü, Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ-la birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi müəllifə çevrilmək üçün unikal imkan yaranacaq.

Bu 4 məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaratmış olur. Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur.

– Vüqar bəy, bir reallıq var ki, Suriya münaqişəsi regional və beynəlxalq güclərin maraqlarının toqquşduğu bir mərkəz olaraq qalır. Türkiyə, ABŞ, Rusiya və İran bu proseslərdə fərqli məqsədlər güdürlər. Son hadisələr – xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyətinin artması, İdlib bölgəsindəki gərginlik və Şimali Suriyadakı hərbi dinamika – bu güclərin hədəflərini və strategiyalarını yenidən aktuallaşdırır. Bundan sonra nə baş verəcək?

– Türkiyə, Suriya münaqişəsində aktiv iştirak edən regional güclərdən biridir. Onun hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır.

Qardaş ölkənin əsas hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları, Türkiyəni həm kürd qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib. İkinci hədəf qaçqın böhranının həllidir. Türkiyə hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir. Bu məqsəd həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir. Üçüncü hədəf isə təbii ki, İdlibə nəzarəti qorumaqla bağlıdır. Türkiyə, İdlibdəki HTŞ və digər qruplaşmaların fəaliyyətini birbaşa dəstəkləməsə də bu bölgədə öz təsirini qorumağa çalışır. Bu, həm Suriya rejiminin hücumlarını məhdudlaşdırmaq, həm də qaçqın axınının qarşısını almaq məqsədi daşıyır.

Bu mənada Türkiyə strateji məqsədlər olaraq Rusiya ilə balansı saxlamağa çalışır, eyni zamanda bölücü terror qruplaşmalarına dəstək verdikləri üçün Vaşinqtonla fikir ayrılığı olsa da, Qərb ittifaqını tam itirmək istəmir.

Vüqar Zifəroğlu

ABŞ-ın strateji hədəfləri sırasında ilk yeri isə Rusiya və İranın bölgədə artan təsirini məhdudlaşdırmaq, Türkiyəni isə özündən asılı vəziyyətə salmaq istəyi durur. Həmçinin Suriyanın enerji mənbələrinə nəzarət Vaşinqtonun uzunmüddətli maraqlarına daxildir. Həm Türkiyəyə təzyiq, həm də enerji mənbələrinə nəzarəti təmin etmək üçün ABŞ bölücü kürd terror qruplaşmalarından maksimum dərəcədə faydalanır. Rusiya və İrana qarşı isə zaman-zaman radikal islami qruplaşmalar vasitəsilə müəyyən həmlələr edir. Bu mənada ABŞ İranın Suriya vasitəsilə Livana və “Hizbullah”a uzanan “Şiə Hilalı” strategiyasını dağıtmağa çalışır.

Rusiya Suriya münaqişəsini öz regional və qlobal təsirini gücləndirmək üçün bir vasitə kimi görür. Moskva münaqişədə hərbi və diplomatik dominantlıq əldə etməklə yanaşı, öz müttəfiqlərinin maraqlarını qoruyur. Kreml Suriyada Əsəd rejiminin davamlılığını təmin etməklə öz müttəfiqini qoruyur. Bu həm də Qərbin rejim dəyişikliyi strategiyasına qarşı durmaq məqsədinə xidmət edir. Vurğulamaq lazımdır ki, Rusiyanın Tartus limanı və Hmeymim aviabazası Aralıq dənizində strateji hərbi mövcudluq üçün kritik əhəmiyyətə malikdir.

İran isə Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışır. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiqdir. Rejimin sabitliyi İranın Suriya vasitəsilə Livanda “Hizbullah”a dəstək verməsinə şərait yaradır. Tehran İran, İraq, Suriya və Livanı birləşdirən bir “şiə təsir xətti” yaratmaq istəyir. Bu, İranın regional hegemonluğunu təmin edir. İranın Suriyada hərbi varlığı həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlib. Bu, İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsidir.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see389

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see157

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri