Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Müharibənin gedişini dəyişəcək QƏRAR

Müharibənin gedişini dəyişəcək QƏRAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir tərəfdə Rusiya, digər tərəfdə İran

Prezident Volodimir Zelenski Co Bayden administrasiyası dövründə ABŞ-dən “Tomahawk” qanadlı raketlərinin Ukraynaya verilməsi məsələsini qaldırdığını, lakin dərhal və qəti şəkildə imtina cavabı aldığını deyib. Ancaq Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynaya “Tomahawk”  raketlərinin satılması perspektivi ilə bağlı rədd cavabı almadığını bildirib. 

ABŞ-nin “Tomahawk”  qanadlı raketlərini Ukraynaya vermək imkanını nəzərdən keçirdiyi bildirilir. Lakin analitiklər Pentaqonun əslində bu qədər çox raketinin olmadığını deyirlər.  “Defense Express”in məlumatına görə, ABŞ hökumətinin sənədləri 1983-cü ildən bəri təxminən 9000 raketin istehsal edildiyini göstərir. 2024-cü ilin mart ayında ictimaiyyətə açıqlanan son rəqəmlərə görə, “Tomahawk”  raketlərinin 8919-u hərbi əməliyyatlarda istifadə olunub. 

Ona görə də ABŞ-nin bu raketləri verməsi barədə razılaşma əldə olunsa belə, Ukrayna xeyli gözləməli olacaq. Kreml isə bunu ABŞ-nin Rusiyaya qarşı müharibə elan etməsi kimi qiymətləndirir. Əslində isə “Tomahawk” raketlərinin Ukraynaya verilməsini məhdudlaşdıran və Rusiya qarşısında hüquqi öhdəlik yaradan hər hansı sənəd mövcud deyil. 

Belə bir razılaşma 1987-ci ilin dekabr ayında SSRİ və ABŞ arasında imzalanmış Orta və Yaxın Mənzilli Raketlərin İstifadəsinin Ləğvinə dair müqavilə olub. Həmin saziş 150 kilometrdən 500 kilometrə qədər və 500 kilometrdən 1000 kilometrə qədər yaxın mənzilli,  1000 kilometrdən 5500 kilometrə qədər ortamənzilli raketlərin istifadəsinin qadağan edilməsinə dair qarşılıqlı öhdəlikləri nəzərdə tuturdu. Lakin sözügedən müqavilədə “Tomahawk”  qanadlı raketlərinin adı yoxdur. 

2001-ci ildə ABŞ Əfqanıstanda antiterror əməliyyatları zamanı “Tora-Bora” mağaralarının vurulmasında 2000 kilometr məsafəni vuran “Tomahawk” raketlərindən istifadə etdikdə, Rusiya tərəfi bunun "Orta və Yaxınmənzilli Raketlərin İstifadəsinin Ləğvinə  dair Müqavilə"yə zidd olduğunu bəyan etdi. 

2017-ci ildə Donald Tramp Çinin də bu sazişə qoşulması məsələsini qaldırdı. Yaranmış fikir ayrılığı 2018-ci ilin fevralında həm ABŞ-nin, həm də Rusiyanın sazişdən çıxması ilə nəticələndi. 2018-ci milin avqust ayında adıçəkilən müqavilə fəaliyyətini dayandırdı. Ona görə də bu gün Rusiya Ukraynaya qarşı “İsgəndər M”, “Kalibr”, “Oreşnik”, “Kinjal” kimi ortamənzilli raketlərdən istifadə edir. 

ABŞ-nin də 2023-cü ildə Ukraynaya “Hİmars” yaxınmənzilli raketlərini Rusiyaya qarşı döyüşlərdə istifadə etmək üçün  tədarük etməsi qarşılıqlı məhdudiyyət yaradan sənədin olmamasından irəli gəlir. Bu baxımdan, hər iki tərəf müqavilədən çıxdığına görə ABŞ-nin Rusiyaya zərbə endirmək üçün Ukraynaya “Tomahawk” qanadlı raketlərini verməsi mümkündür.

Lakin hazırkı mərhələdə Tramp administrasiyasının bu barədə açıqlamaları sülh müqaviləsindən və ya atəşkəsdən yayınan Rusiya üçün daha çox çəkindiricilik məqsədi daşıyır. 

Digər tərəfdən, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığına dair məlumatlar artmaqdadır. Əgər ABŞ İrana genişmiqyaslı zərbələr endirməli olsa, “Tomahawk” raketlərinə ciddi ehtiyacı yaranacaq. Ona görə də Trampın vədinə sona qədər əməl edəcəyini söyləmək olmaz.

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Rusiya İran “Tomahawk”  raketləri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri