Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Multfilm personajına bənzəyən siyasətçilər

Multfilm personajına bənzəyən siyasətçilər

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün sosial şəbəkələr sayəsində hər ikinci internet istifadəçisi özünü politoloq hesab edir. Bəzilərin isə mövcud istiqamətdə “inkişafı” hətta o səviyyədədir ki, özlərini qiyabi formada siyasi elmlər üzrə doktorluq işini müdafiə etmiş alim sanırlar. Siyasi canlanma kontekstində təqdirəlayiq hal odur ki, keçmiş dövrlə müqayisədə ölkədə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti sayəsində bu gün siyasi partiyalar kifayət qədər aktiv siyasi instituta çevrilib. Partiya üzvləri və onların sədrləri ictimai diskussiyalarda iştirak edir, müxtəlif müzakirələrdə səs sahibi olur və konkret məsələlərlə bağlı ictimai rəyin formalaşdırılması prosesinə də təsir edə bilirlər. Əlbəttə ki, sözügedən fakt demokratik münasibətlərin dərinləşməsi baxımından yalnız alqışlana bilər.

Ancaq burada prinsipial olaraq nəzərə alınmalı məsələ odur ki, siyasi partiyalar ilə bağlı müşahidə olunan canlanma məhz iqtidarın konkret təşəbbüsləri ilə təşviq olunan dialoq mühitinin sayəsində baş verib. Siyasi münasibətlər müstəvisində indidən sonra da sivil və cəmiyyət üçün ziyansız hesab olunan səpkidə inkişafı müşahidə etmək istəyən hər bir siyasətçi və sıravi vətəndaş mövcud mühitin qorunması üçün çalışmalıdır. Əks halda, ictimai münasibətlər ötən əsrin səksəninci illərinin sonunda və doxsanıncı illərin əvvələrində olduğu kimi, xaos və hərcmərcliyə bürünəcəkdir. Mövcud durum isə xalqa yox, məhz region və ölkə üzərində nəzarəti ələ keçirtmək istəyən düşmən qüvvələrə xidmət edə bilər.

Zamanında Azərbaycanın qələbəsinə inanmayanlar, indi də milli həmrəyliyin əsas amillərindən biri olan siyasi dialoq mühitinin perspektivliyi ilə bağlı cəmiyyətdə şübhə toxumlarını səpmək üçün dəridən-qabıqdan çıxırlar. Bu cür siyasətçiləri “siyasi qırıntılar” ifadəsindən başqa heç cür adlandırmaq mümkün deyil. Əlbəttə ki, onların fəaliyyətində heç bir yüksək amal yoxdur. Onların psevdodemokratik şivənlərinin arxasında yalnız maddi maraq dayanıb. İstənilən siyasi hadisə ilə bağlı şəxsi münasibətin formalaşdırılması prosesində sıravi vətəndaş bu sadə siyasi həqiqətləri mütləq nəzərə almalıdır. Əks halda biz siyasi spekulyantların merkantil hədəflərinə çatması prosesində sadəcə bir alətə çevriləcəyik.

Siyasi maarifçilik fəaliyyəti çərçivəsində siyasi həqiqətləri əlçatan formada insanların diqqətinə çatdırmaq üçün müxtəlif formatlardan istifadə oluna bilər. Müxtəlif forma və metodlardan istifadə olunmasının əsas məqsədi isə maarifçilik fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsidir. Məhz bu halda qərəzli manipulyasiyaların təsiri məhdudlaşa bilər. Belə ki, partiya sədri adlandırılan bəzi alverçi təfəkkürlü siyasətçilər arasında elələri var ki, milli həmrəyliyi iqtidar ilə olan münasibətlərdə alver predmetinə çevirməyə çalışırlar. Bu mənada bəzilərinin siyasi dialoqda fərdi iştirakları ilə bağlı, yumşaq desək təbəssümə səbəb olan, ritorikanı eşidən zaman istər-istəməz adamın yadına “Tıq-tıq xanım” nağılı düşür.

Belə ki, mövcud kontekstdə maraqlı hesab oluna biləcək adını çəkdiyimiz nağılın bəzi epizodlarını yada salaq: “Tıq-tıq xanım özünə dost axtarmaq üçün çölün düzünə düşüb”, “multfilmin qəhrəmanı heç nə etmədən “dost” hesabına rahat həyat arzulayır”, “məsuliyyət hisi tanımayan Tıq-tıq xanım bütün hallarda tipik eqoist kimi yalnız özünü düşünür”, “çaya düşmüş bu Tıq-tıq xanımcıq ona kömək etmək istəyənlərin təkliflərini rədd edib”, “sonda multfilmin “qəhrəman”ı öz xasiyyət və davranışı ucbatından tək qalır və hamı ondan üz çevirir”. Təsadüfi deyil ki, nağılın ən yadda qalan ifadəsi “küstərəcik ay küstərəcik, mən də sənə quyruq göstərəcik”dir.

Bəzi başı bəlalı siyasi partiyaların davranışı da eyniliklə, sözügedən multfilmin qəhrəmanı olan Tıq-tıq xanımın davranışı kimidir. Bu cür yolun yolçuları anlamalıdırlar ki, siyasi dialoq mühiti ilk növbədə onların və ümumiyyətlə dayanıqlı inkişafı arzu edənlərin xeyrinə olan təşəbbüsdür. Siyasi dialoq mühiti “çamurda” batan bəzi siyasi partiyaları xilas edə biləcək dövlətin təşəbbüsüdür. Dövləti mövcud istiqamətdə müxtəlif təşəbbüslər ilə çıxış etməyə vadar edən əsas amil isə partiyaları demokratik siyasi institut kimi inkişaf etdirmək istəyidir. Mövcud vəziyyətin digər izahatı yoxdur. İqtidar partiyaları arasında düşmənçilik münasibətlərinin davam etdirilməsini istəmiş olsa idi bütün siyasi qüvvələri bir araya gətirən siyasi dialoq təşəbbüsü ilə çıxış etməzdi. Görünən odur ki, bəzi partiyalar nə aydınlığa çıxmaq, nə də ki, sağlam münasibətlər mühitində fəaliyyət göstərmək istəyir.

Təəssüf ki, siyasətçilər arasında elələri var ki, onlar hələ də “faydalı olmaq” ilə “faydalanmaq” arasındakı fərqi duymurlar. Etiraf etmək lazımdır ki, məhz siyasi dialoq sayəsində bir çox siyasi partiyalar “ikinci həyat” qazanmış oldular. Doxsanıncı illərin sonunda tələbə olduğum zaman siyasi partiyalar ilə əlaqədar referatı yazmaq üçün onların nəinki yerləşdikləri ofislərini, hətta nizamnamələrini belə tapa bilmirdim ki, 12 səhifəli bir yazını hazırlaya bilim. Bəzi partiyaların adlarını isə yalnız onları yaradan şəxslər bilirdi – kosmosdakı kiçik kometaların adlarını yeganə bilən onları kəşf edən şəxslər kimi. Bu gün isə məhz dialoq mühitinin sayəsində ölkənin informasiya məkanında ən azından hər beşinci məlumatın müəllifi və mənbəyi siyasi partiyalardır.

Leqal inkişafın və sivil münasibətlərin mənbəyi olan dialoq mühitindən narahat olan bəzi “tıq-tıq partiyalar” çamurdan çıxmaq istəmir və nağıldakı Tıq-tıq xanım kimi onlara uzadılan yardım əllərinə üzünü çevirirlər. Mövcud məsələdə ən xoşa gəlməyən hal odur ki, adekvatlığını itirmiş bu cür partiyalara görə ölkədə müxalifətçilik institutunun dərin böhranı yaşana bilər.

Asif Adil

Politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri