Icma.az
close
up
RU
Multivitamin bitki ÇAYTİKANI. Faydaları

Multivitamin bitki ÇAYTİKANI. Faydaları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çaytıkanı əsl təbii "vitamin-mineral kompleksi" adlandırmaq olar.

Bu bitkinin tərkibində A, B qrupu, C, E, K, P vitaminləri, kalium, maqnezium, fosfor, dəmir, pektinlər, yağlı turşular (Omeqa-3-6-9) və s. faydalı maddələr var. Belə zəngin tərkibə görə çaytikanı qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Qədimdə çaytikanı dəri xəstəlikləri və nəfəs yolları iltihabları zamanı istifadə olunurdu.

Çaytikanı immun sistemini möhkəmləndirir. Çaytikanı dəmləməsi soyuqdəymə, virus və bakterial infeksiyaları zamanı çox faydalıdır - iltihabı azaldır, sağalmanı tezləşdirir. 1 stəkan çaytikanı blenderdə əzin və 2 xörək qaşığı balla qarışdırın. Bu təbii vasitəni immun sisteminin möhkəmləndirilməsi və həmçinin soyuqdəymə xəstəlikləri, öskürək  zamanı istifadə edin.

Nəfəs yolları iltihabları zamanı çaytikanı dəmləməsi (meyvələr, yarpaqlar, ağacın qabığı götürülür) inhalyasiya üçün istifadə olunur. Təzə çaytikanı olmadıqda isti suya 1 çay qaşığı çaytikanı yağı əlavə edin və inhalyasiya üçün istifadə edin.

Avitaminoz və qanazlığı zamanı çaytikanı şirəsi çox yaxşı müalicəvi təsir edir.

Saglamolun.az bildirir ki, çaytikanı xərçəng əleyhinə təsirə malikdir.

Tərkibində çoxlu  miqdarda A vitamini olan çaytikanı dərinin vəziyyətinə çox müsbət təsir edir - cavanlaşdırır, elastikliyini artırır. Məhz bu səbəbdən çaytikanı bir çox kosmetik kremlərin tərkibinə daxil edilir.

Çaytikanı həmçinin saçlara da yaxşı təsir edir - onları daha sağlam və parlaq edir. Quru cansız saçlara çaytikanı yağı ilə maskalar edin. Təmiz çaytikanı yağı həftədə 1-2 dəfə baş dərisinə massaj hərəkətləri ilə çəkilir, plyonka və dəsmalla örtülür. Maskanı 1  saatdan sonra yumaq lazımdır. 1-2 aydan sonra saçların vəziyyəti yaxşılaşacaq.

Çaytikanı dəmləməsi saçları möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır. Saçları yuduqdan sonra ilıq çaytikanı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır.

A vitamini həmçinin gözlərin sağlamlığı üçün çox vacibdir. Bu səbəbdən görmə problemləri olan insanlar çaytikanı yeməlidir. Həmçinin çaytikanı görmə problemlərinin  profilaktikası üçün çox yaxşı təbii vasitədir. Çaytikanı gözün buyuz qişası zədələmələri zamanı istifadə olunan preparatların tərkibinə daxildir.

Çaytikanı C və P vitaminlərlə zəngindir. Bu vitaminlər qanın laxtalanmasını azaldır, kapilyarları və damarları möhkəmləndirir. Bu xüsusilə varikoz xəstəliyi və babasil zamanı vacibdir. Varikoz xəstəliyi zamanı çaytikanı və onun yarpaqları dəmləməsində pambıq parça isladıb ayaqlarınıza islatma şəklində qoyun. Babasil zamanı belə islatmaları babasil düyünlərinin üzərinə qoymaq və çaytikanı dəmləməsi ilə oturaq vannaları etmək olar.

Çaytikanı yarasağaldan təsirə malikdir. Bu səbəbdən çaytikanı yağı müxtəlif yaraların və xoraların müalicəsində geniş istifadə olunur (mədə xorası, yanıqlar, uşaqlıq boynu eroziyası və s.).

Kalium və maqneziumla zəngin olan çaytikanı ürək əzələsini möhkəmləndirir. Bu səbəbdən ürək-damar sistemi xəstəlikləri olan insanlar çaytikanı təzə və həmçinin mürəbbə, şirə, dəmləmə şəklində qəbul etməlidir.

Həmçinin bu bitkinin tərkibində çox qiymətli Omeqa yağ turşuları var ki, bu yağ turşuları damarlarda xolesterinin yığılmasının qarşısını alır və bu da insult və infarkt kimi ağır pozulmaların profilaktikasında böyük rol oynayır.

Çaytikanı insanın dölyaratma sistemi üçün də çox xeyirlidir. Kişi potensiyasının (kişi gücü) bərpa olunmasında tərkibində çaytikanı olan preparatlarından istifadə olunur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri