Icma.az
close
up
RU
Münasibətlərdə yeni müsbət təkan ŞƏRH

Münasibətlərdə yeni müsbət təkan ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçımız çıxışında həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafının müzakirə edildiyini bildirib. Bu səfəriniki ölkə arasındakımünasibətlərə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə edib.

“İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”-deyən ölkə başçısı bunun əsas səbəbinin Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olduğunu vurğulayıb.

Prezident İlham Əliyev onu da qeyd edib ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”-deyə ölkə başçısı əlavə edib.

Çıxışında dövlət başçısı Azərbaycanın 2024-cü ildə COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdiyini, bu istiqamət üzrə də ölkəmizin Almaniya ilə çox fəal əməkdaşlığı olduğunu bildirib. Ölkə başçısı onu da qeyd edib ki, COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur.

Prezident İlham Əliyev Bəyanatında bir daha mövcud reallıqları , Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşdüyünü diqqətə çatdırıb. Dövlət başçısı təəssüf hissi ilə beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığını qeyd edib. Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etdiyini, məhz bu tarixi Zəfərimizin sülh danışıqlarına yol açdığını vurğulayıb. Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan və Ermənistanın sülhün əldə edilməsinə dair mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.

Prezident İlham Əliyev sualları cavablandırarkən İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycanın və şəxsən özünün sülh danışıqlarının başlanmasının təşəbbüskarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın 5 əsas prinsip irəli sürdüyünü və bu prinsiplər əsasında müzakirələrə start verildiyini bildirib.“Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik”- deyə Prezident İlham Əliyev əlavə edib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri